Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minanın təzəsi, köhnəsi olmur, qurbanları olur
AZTV əməkdaşları minaya düşüb

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobili Susuzluq kəndi əraziseində minaya düşərək partlayıb. Hadisə nticəsində Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu), Kəlbəcər rayon İcra Hakimiyyəti Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983 cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev həlak olublar. Minalardan təmizlənmiş yolla hərəkət edən av tomobilin partlaması suallar doğurub. Baş vermiş hadisə ilə bağlı istintaq işi başlayıb.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, minaların yeni basdırılmasına ehtimal vermir, bu I Qarabağ müharibəsindən qalmış mina da ola bilərdi.

“İkinci Dünya müharibəsində 50 il keçəndən sonra da partlayışlar olurdu, mülki insanlar arasında tələfatlar baş verirdi. Ola bilər ki, həmin ərazidən 100 maşın keçsin, 101-cisi minaya düşsün. Getdikcə yol zolağı oturur, təzyiq çoxalır və mina da kritik təzyiq zamanı partlamağa başlayır”-deyə o qeyd edib.

REAL partiyasının həmsədri Natiq Cəfərli bildirib ki, Müdafiə Nazirliyinə məxsus olan avtomobilin həmişə getdiyi yolda minaya düşməsi o deməkdir ki, o yol təminat kimi istifadə edilib. O partlayıpşın bir neçə gün öncə tutulan və mina döşəməkdə şübhəli bilinən erməni terrorçularının əməli olduğunu ehtimal edib: “ Ermənilərə noyabr ayında humanistlik edib zaman tanıdıq, onlar da evləri, meşələri yandırdılar, ağacları kəsib apardılar, hər yerə, əsasən də Kəlbəcərdə vəhşi kimi mina basdırdılar, nəticədə faciələr baş verir - Allah bütün həlak olanlara rəhmət eləsin, yaralılara acil şəfa nəsib etsin, təəssüf ki, hələ illərlə mina bəlası ilə birgə yaşamalı olacağıq”.

Araşdırmaçı yazar Mirzə Rəşad Bakuvi hesab edir ki, minalar yeni basdırılıb.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

“Minalardan yeni təmizlənən yerlər var ki, ANAMA uşaqları gəlib baxırlar ki, yenə basdırılıb. Nə qədər ki, bu ölkənin Laçın boyda erməniyə açıq qapısı, nə qədər ki, Qarabağ erməniylə doludur ölənimiz, şəhid olanımız, şikəst olanımız, suyundan zəhərlənənlərimiz çox olacaq! Zornan barış, sülh, birgəyaşayış olmur! Fələstinlə-Istail beş gün başlarına bomba tökdülər, nə oldu, nə baş verdi, hardaydı dünya ictimaiyyəti? Indi erməniləri gəlin rədd edək torpağımızdan deyirik, hərə bir yandan düşür üstümüzə .Torpağımızı son erməni rədd olub gedənə kimi təmizləməliyik! Rusla da, fransızla da vuruşub Azərbaycanı ermənilərdən təmizləməliyik! Son nəfərimiz qalana qədər vuruşmalıyıq! Vəssalam! Başqa yol qoymadılar qala!”.

Qeyd edək ki, hazırda AZTV-nin qarşısında toplaşan ictimaiyyət nümayəndələri və jurnalistlər həlak olan jurnalistlərə vida mərasimi təşkil ediblər. Nə qədər ki torpaqlarımızın mina xəritələri verilməyib, ermənilər qovulmayıb belə qara xəbərlər eşitmək ehtimalımız çoxdur. Həlaqk olan jurnalistlərə şəhid statusu veriləcəyi bildirilib.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »