Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə əlaqələndirilmiş şəkildə bərpa-quruculuq işləri həyata keçirilir”
Emin Hüseynov

“44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz 30 ildən çox işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib.

Bu böyük qələbənin nəticəsi olaraq Prezidentin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə xüsusi qərargah yaradılıb. Əlaqələndirmə qərargahı çərçivəsində bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları birgə fəaliyyət göstərərək, əlaqələndirilmiş şəkildə bu ərazilərdə müvafiq bərpa-quruculuq işləri həyata keçirir. O cümlədən Ağdam rayonu da istisna deyil”.

APA-nın əməkdaşı xəbər verir ki, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E. Hüseynov bildirib ki, Prezidentin sərəncamı ilə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə xüsusi nümayəndəlik təsis olunub, ilkin olaraq Ağdamın Baş planının təqdimatı keçirilib: “Ağdamın tanınmış ziyalıları və ictimai xadimlərinin iştirakı ilə bu təqdimatda şəhərin gələcək görkəmi təqdim edilib. Tikiləcək bir sıra mühüm tarixi-mədəni, ictimai dövlət qurumlarının təməlqoyma mərasimi keçirilib”.

Xüsusi nümayəndə qeyd edib ki, media-turun məqsədi Azərbaycan ictimaiyyəti və media mənsublarının tarixi-mədəni irsimizə, abidələrimizə vurulan ziyanı mümkün qədər görməsi, bədxah qonşularımızın, işğalçıların, vandalların vəhşiliklərinin şahidi olması və bunun tarixdə qalması, əksini tapmasıdır: “Sonrakı mərhələdə dəymiş zərərin qiymətləndirilməsi işləri gedəcək və gedir. Bunun ardınca Prezidentin tapşırığı ilə mədəni irsimizin bərpası işləri həyata keçiriləcək”.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »