Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəlib çatmışıq dəvəyə qanad verilən dövrə: Uçmamış dam qalacaqmı...
Sosial şəbəkələr

Bu günlərdə hamını başını telefondan qaldırmaz hala salan, görəni burulğan kimi özünə çəkib alıb aparan o Tiktoka bir mən də baxım dedim. Dedim bəlkə elə yalandan tənqid edirlər ziyalılar və ya xalq orda nə görübdü ki, gözlərini çəkə bilmir.

Baho, mən yatmışammış fil qulağında . Tiktok nə Tiktok! 100 yaşlı göbək dansı edən nənədən tut, 90 yaşında virtual sevgi dərdinə düşmüş nuru getmiş babadan yapış. Qız-gəlin evdə işini, gücünü, ərini, uşağını atıb keçib kamera qabağına ağlına nə gəlir edir. Ərlər çörək qazanmağın yerini burda tapıb yeqin, ər-arvadın yataq səhnələri, mətbəx davaları, küçə söyüşləri... Nədir, nədir Tiktok izləyicisi çox olana pul verir. Ucuz məşhurlaşma yöntəmiymiş. Hollivud filmlərində göstrilən bütün qorxulu hadisələr yavaş-yavaş reallaşır demişdik, bir tək zombilərlə yadplanetlilər qalmışdı. İndi o variantın biri də gerçəkləşdi. İnsanlar sözün həqiqi mənasında bu şəbəkədə zombiləşirlər. Yadplanetliləri isə yəqin ki, görə bilməyəcəyik, çünki başımız telefonlara baxmağa, gərəkli gərəksiz videolar çəkib yaymağa qarışacağı üçün ətrafımızda olub-bitəndən xəbərsiz qalacağıq.

İşin ən xoş olmayan yanı. Özünü tiktoker, bloger, nə bilim daha nə adlandıran çox təsadüfü adamlar ağıllarına gələn mövzulada sosial təcrübələr keçirirlər (ki, bu çox pis fəsadlar verə bilir), əllərində mikrofon-kamera düşürlər sadə camaatın canına. İnsanlarda hələ də televiziyalara, ekranda görünməyə bir simpatiya qaldığına görə anlamayanlar saf-saf bu təcrübələrdə işitrak edir, sualları cavablandırırlar. Nəyə cavab verib, nədə iştirakçı olduqlarını biləndə isə artıq gec olur, rəzil olmuş duruma düşdüklərini fərq edib pemanlayırlar. Və yaxud artıq kamera və mikorfonlardan iyrənmiş insanlar qrupunun yaranması da bu “qəhrəmanların” fəaliyyətinin nəticəsidir. Ciddi jurnalist görəndə də az qalırlar söyüb qovsunlar. Qurunun oduna yaş da yanır. Kim kimdi, kim nəyə xidmət edir, ara qarışıb, məzhəb itib...

Dəvəyə qanad verilsəydi, uçurmadığı dam qoymazdı. Deyəsən, dəvənin qanadlandığı dövrə gəlib çıxmışıq. Hər şeyin ifratı zərərlidir. Adi mətbəx bıçağı bir caninin əlində ölümsaçan, can alan olduğu halda, bir qadının əlində yemək hazırlamaq üçün əvəzolunmaz alətə çevrilir. Nəyi kimin əlinə vermək məsələsinin aktuallığı ortalığa çıxıb. Sosial şəbəkələrdən çox şey öyrənmək olar. Bir çoxları onu öz işinin reklamı, alış–veriş üçün əla platforma kimi istifadə edir. Bacarığı olmayıb, gördüyünü yamsılayanlar, bədənini satışa çıxaranlar üçün burası dönüb olub ət bazarı, bit bazarı.

İmkanlardan sui-istifadəni, XXI əsrdə yaşasaq da mədəniləşə bilməməyimizi görəndə düşünürəm ki, nə yaxşı kütləvi qırğın silahları əlçatan olmayıb. Yoxsa qonşu qonşunu nüvə silahıyla, atom bombasıyla hədələyər, hətta hədələməklə qalmaz, tətbiq edərdi. Tiktokda gördüklərim belə deməyimə əsas verir.

İlhamə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »