Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məscidlərdə ibadət qaydaları etirazlara səbəb oldu
Ramazan ayı, məscid

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

Qaydalarda qeyd olunur ki, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər.

Bundan əlavə olaraq bildirilir ki, ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

İlahiyyatçı Elşad Miri Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu cür yanaşmanın heç bir əsası yoxdur.

Elşad Miri Elşad Miri

“Maraqlıdır ki, məscidə gələnləri din xadimlərimi yoxlamadan keçirdəcək? Qızdırmasının, pasportunun, immunitetinin olub-olmamasını kim yoxlayacaq? Tutaq ki, bunların hamısı öncədən müəyənləşdirilib, gətirilib oraya qoyulacaq. Həmin o din xadimləri, mollalar, axundlar insanların evlərində keçirilən yas mərasimlərdə iştirak edirlər, amma onlardan pasport tələb edən yoxdur.

Bu gün təssüflər olsun ki, məscidlərimiz boş qalır və o boyda məkanlardan layiqincə istifadə olunmur. Məscidlərdə Quran dərslərinin olduğu yer yoxdur, insanlar yığışıb söhbət, öz fikirlərini müzakirə edə bilmirlər. Bu gün bunun üçün çayxanalarda, kiminsə həyətində, məclislərdə yığışırlar. Məscidlərdən uzaqlaşdırmaqla nə etmək istəyirik? Peyğənbərin dövründə insanların yığışma, cəmolma yerləri məscidlər idi. Mən demirəm ki, gəlin hər bir işimizi məscidlərdə görək. Sadəcə məscidlərin boş qalmasındansa, oradan düzgün istifadə etmək olar”.

İlahiyyatçı vurğulayıb ki, bu qaydalardan çıxan nəticə odur ki, məscidə gedərkən özümüzlə dəsmal, səccadə, möhür aparmalıyıq.

“Biz kafelərdə, retoranlarda rahat otururuq, yemək yeyirik, çay içirik, amma bu cür təkliflərin heç biri ora aid deyil. Nə özünüzlə dəmal gətirin, nə də təharətli olun demirlər. Bu cür yanaşmaya söz tapa bilmirəm”.

Leyla Mirzə

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »