Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ mediasında Türkiyə PUA-larına tərif yağdırıldı: Oyun dəyişdiricisi
Rəcəb Tayyib Ərdoğan

Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar ( PUA) Qarabağ müharibəsindən sonra dünya mediasıın gündəmindən düşmür. PUA-lar üzrə Türkiyənin tək rəqibi ABŞ-da da türk dronlarına tərif yağdırılır. Wall Street Journal nəşrində dərc olunan məqalədə “ucuz başa gələn türk dronları regionu və geosiyasəti yenidən şəkiilləndirir” ifadələri yer alıb.

“Keçən il regional müharibələrdə uğurla istifadə edilən bu savaş taktikası Türkiyə və Rusiyanın ətrafındakı strateji tarazlığı dəyişdirdi.Bu aparatlar müharibələrdə tankları dəmir yığınına çevirdi. Türk PUA-ları yüksək texnologiya ilə təchiz edilmiş bahalı savaş silahları qədər təsirli olub, silahların az maliyyə ilə yüksək keyfiyyətdə hazırlanacağı bir gələcəyə işarə edir.Onlar 24 saat havada qalaraq hava müdafiə sistemindəki zəif nöqtələri tapır, hərbi təyyarələrin hədəf almasına yardım edə , həm də özləri raket ata bilirlər”.

Xəbərdə bundan öncə PUA sektorunda İsrail və ABŞ-ın liderlik etdiyi, lakin Türkiyənin Bayratktar TB2 aparatlarının indi daha çox önə çıxdığı vurğulanıb.Məqalədə qeyd edilir ki, TB2 MQ9-la müqayisə olunacaq dərəcədə güclü silahlardır.

“1984-cü 8ldə qurulan Bayratktar zavodunun məhsullarına Qətər, Ukrayna, Polşa, Afrika və Asiya ölkələri maraq göstərir”,- deyə məqalədə yazılıb.

Xəbərdə həmçinin bildirilib ki, Türkiyə ABŞ PUA-larından məmnun qalmayaraq, PKK ilə mübarizə üçün öz silahlarını yaratmağa qərar verib.

Məqalədə TB2-nin “Bahaq qalxanı” əməliyyatı ilə Sriyada dünyanın diqqətini çəkməyə başladığı qeyd edilib.

“Məhz onların sayəsində Türkiyə Liviya və Suriyada gücləndi”. Xəbərdə Türkiyə dronlarının Qaabağ zəfərinin qazanılmasında oynadığı roldan da danışılıb.

“Türk PUA-larının Ermənistana məxsus hərbi hədəfləri vurması Azərbaycan Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Azərbaycan və Ermənistan arasında 6 həftə davam edən müharibədən sonra hər iki hökumətdə yaxınları olan Kreml atəşkəsə vasitəçilik etdi. Azərbaycan itirdiyi toraqların çoxunu geri qazandı”,- deyə xəbərdə bildirilir.

İlhamə

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »