Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üçtərəfli komissiya işini dayandırıb: Paşinyanın Zəngəzur dəhlizindən imtina etməsinin səbəbləri…
Nikol Paşinyan və Emmanuel Makron

Sülh bəyanatının imzalanmasından aylar ötür. Lakin Ermənistan hələ də sülh bəyanatının bəndlərinə əməl etməməkdə, məkrli oyunlar, hiylələr qurmaqda davam edir. Bir neçə gün öncə Ermənistanın baş nazir müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan parlament brifinqində çıxışı zamanı bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli komissiya işini dayandırıb. O, regional kommunikasiyaların, o cümlədən nəqliyyatın açılması üçün fəaliyyətə başlayan komisisyanın işini dayandırma səbəbini guya Azərbaycanın “sərhədləri pozması” ilə əlaqələndirib.

“Effektiv və məhsuldar iş üçün müvafiq fon lazımdır. Sərhəddə belə bir vəziyyətdir, düşünmürəm ki, bu şəraitdə konstruktiv dialoq mövcud ola bilər. Hazırda bu xəttə kontaktlarımız kəsilib, görək qarşıda nə olur. Sonuncu insidentdən sonra Azərbaycan tərəfi ilə əlaqə yoxdur”-deyə bildirib.

“Paşinyanın Zəngəzur dəhlizinin əleyhinə olması, istəməməsi və bununla bağlı Avropadakı müəyyən dairələrdən dəstək görməsi gizli deyil və daha çox akara çıxır”.

Bu fikirləri siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, əlamətdar haldır ki, Paşinyan özü Fransada Makronla görüşərkən onun baş nazir müavini bu cür açıqlama verib.

Turab Rzayev Turab Rzayev

“Səbəb kimi göstərir ki, kommunikasiyaların bərpa olunması üçün gərək sabitlik olsun. Bildirirlər ki, Azərbaycan Zəngəzur tərəfdən hücum edib və sabitlik yoxdur. Buna görə də biz bu komissiyanın işini dayandırırıq. Halbuki blokadanın Zəngəzur dəhlizindən çəkilməsi sırf sülh bəyənatında da var idi. Hətta üç tərəfli komissiya sırf buna görə qurulmuşdu. İndi isə Paşinyan özü gedib Fransaya, müavini isə açıqlama verir ki, komissiyanın işini dayandırmışıq. Bu həm Azərbaycana, həm Rusiyaya, həm də üç tərəfli sülh bəyənatına qarşı hörmətsizlikdir.

Siyasi şərhçi onuda vurğulayıb ki, aydın məsələdir ki, bu Makronla danışılıb və Fransa dövləti Ermənistanın mövqeyini dəstəkləyir.

“Bununla bağlı daha əvvəl Ermənistan tərəfi təklif etmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də gəlsin və delimitasiyada iştirak etsin. Dünən isə E.Makronun Azərbaycan prezidentinə məktubunda da yenə eyni məsələyə toxunub və bildririb ki, Fransa hər iki dövləti bir masaya dəvət etməyə hazırdır. Belə görünür ki, burada əsas məqsəd koridoru mümkün qədər yubatmaq, Fransanı delimitasiya adı ilə yenidən münaqişənin həllinə əsas vasitəçilərdən biri kimi qaytarmaqdır”.

Leyla Mirzə

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »