Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın yaratdığı reallıqlar bölgədən kənar oyunçular üçün strateji dividendlər vəd edir
İlham Əliyev və Emmanuel Makron

Fransa Azərbaycana onun himayəsi altında "Minsk qrupunun həmsədri kimi yüksək səviyyəli bir dialoq qurmaq üçün bütün öhdəliklərini" davam etdirəcəyini vəd edir.

Fransa Prezidenti Emmanuel Macron azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubunda belə yazıb.

Bundan bir neçə gün öncə isə Prezident Macron Parisdə Nikol Paşinyanla görüşü zamanı Azərbaycanı ''Ermənistan torpaqlarından çıxmağa'' çağırıb. Ondan da öncə  Fransa prezidenti  sosial şəbəkədə ermənicə status paylaşaraq Azərbaycanı təhdid etdi,bizi öz “ ana dilində” yazmasıyla təəccübləndirsə də narahat etmədi. Çünki cənab Ərdoğanın təbiriycə desək siyasətdə hələ “ gənc” olan, cocuq olan Makronun hazırda Ermənistanın və şəxsən Nikolun lobbiçiliyini etməsinin onsuz da bölgədəki geosiyasi proseslərə heç bir ciddi təsiri olmayacaq.

“Fransa prezidenti Emmanuel Makronun Paşinyanla görüş zamanı səsləndirdiyi bir sıra fikirlər siyasi reallıqlardan uzaqdır və hüquqi əsaslara malik deyil - beynəlxalq hüquq normalarına ziddir. Təbii ki, biz bu hala ilk dəfə şahidlik etmirik. Makron dəfələrlə qatı ermənipərəst mövqedə olduğunu göstərən fikirlərlə çıxış edib, o cümlədən 44 günlük müharibə zamanı və postkonflikt mərhələsində işğalçı siyasətə haqq qazandıran qərəzli yanaşma ortaya qoyub”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, Makronun bu mövqeyi Fransanın dövlət maraqlarına tamamilə ziddir: “Azərbaycan yeni geostrateji reallıqlar yaratmaqla regionda unikal və universal əməkdaşlıq mühiti formalaşdırıb. Bu geosiyasi situasiya təkcə region dövlətləri və xalqları üçün deyil, həm də bölgədən kənar aktorlar üçün strateji dividendlər vəd edir. Fransa prezidenti rasional düşünməyi bacarsa, ölkəsinin bu əməkdaşlıq imkanlarından faydalanması üçün praqmatik mövqe sərgiləyər. Lakin yeni reallıqlardan və siyasi-hüquqi əsaslardan uzaq mövqe tutacaqsa, o zaman Fransanın geoiqtisadi maraqlarına cidd zərbə vurmuş olacaq”.

Digər tərəfdən Makron təbrik məktubu yazmaqla müəyyən mənada balansı qorumağa çalışır.  Makronun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlaması  onun Azərbaycan ordusunun və dövlətinin yaratdığı reallıqlarla məcburi barışması deməkdir. Azərbaycan Cənubi Qafqazda söz sahibi olmaqla yanaşı, stabiliyin və təhlükəsizliyin qarantıdır. Bu da dünya ölkələrinin maraqları ilə üst- üstə düşür. Azərbaycan öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir.  Faşist ideologiyasına köklənmiş, bir yox, bir neçə dövlətin marionetkasına çevrilmiş Ermənistana dəstək versə də,riskli oyun oynadığını bilməmiş deyil. Ermənistanın satqın ruhu sabah kimə məxsus olacaq, bunu kimsə proqnozlaşdıra bilmir. Odur ki, Paşinyana dəstək verəndən sonra, bir salam da bizə göndərir, kim bilir bəlkə də düşünür ki, Ermənistanda yağmasa yağış, bitməsə qamış. 44 günlük müharibə isə bizə dostu, düşməni çox aydın göstərdi.

İlhamə Rəsulova

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »