Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Saxta" qaziləri cəmiyyət qəbul etmir - Video
əlil arabası

Hər qarışı qanından, canından keçib düşmən ayağını torpaqlarımızdan kəsən igidlərimizin qazandığı qazi ünvanına ləkə yaxmağa cəhd edən saxtakarlar peyda olub. Onlar bu cəmiyyətin qara ləkəsi kimi ancaq zərər verir. Müharibə sonrası dövlət dəstəyi və qayğısı altında həyata yenidən başlayan qazilərimizə yaradılan imkanlara göz dikənlər var. Təəssüf ki, saxta qazilərin və imtiyazlardan sui-istifadə edənlərin sayı artır.

Vətən uğrunda döyüşən və çəkdiyi əziyyətin qarşılığında ad qazanan qazilərimizə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. "YAŞAT" Fondunun da dəstəyiylə qazilərimizin problemləri həll olunur, sağlamlıqlarına qovuşmaları üçün lazımi tədbirlər görülür. Bu imkanlara və imtiyazlara göz dikən saxtakarlar, dələduzlar müxtəlif yollarla qazi olduğunu iddia edir və öz cılız düşüncə çərçivələrində şəxsi mənafelərini təmin etməyə cəhd göstərirlər. Özünü, maşınını yandıran və ya haqqının verilmədiyini iddia edib mitinq keçirməyə cəhd göstərən bu saxtakarlar dövlətin qazilərimizə qayğı çərçivəsində gördüyü işlərə kölgə salmağa və cəmiyyətdə xaos yaratmağa çalışırlar. Sapı özümüzdən olan bu baltalar dövlət və xalq arasındakı güclü birliyə kəsik atmaq niyyəti güdürlər. Ancaq xalqın gözü tərəzidir deyimiylə desək, bu saxtakarların attığı addımlar xalqın gözündən də qaçmır. Ali dəyərləri, mənəvi birliyi heçə sayan və hörmətsizlik edən bu şəxs və ya qrupları cəmiyyət qəbul etmir. İctimai qınaq və tənqidlə cəzalandıran cəmiyyət öz dəyərlərinə və dövlətinə sahib çıxır.

Saxtakarlıq yoluyla, sadəcə özünü düşünərək addım atan bu insanlar öz məkrli niyyətlərinin cəzasını alacaqlar. Müharibə dövründə vətən deyib ürəyi cəbhədə döyünən xalqımız, vətən uğrunda gözünü qırpmadan düşmənə dəmir yumruq zərbəsi endirən qazilərimizin əməyini, əziyyətini 2-3 dələduza görə itirməyəcək.

Bizimyol.info

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »