Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin hakimiyyətini qorumağın yeni düsturunu tapıb
Moskva, Rusiya

Qərbin Rusiyaya sanksiyaları lazımi effekt vermir. Ölkə əhalisinin sosial vəziyyəti ağırlaşsa da, iqtisadiyyatın çox sarsıldığını demək olmur. Dövlət başçısı Vladimir Putin hakimiyyətini ayaqda saxlamağın başqa düsturunu tapıb.

Bizimyol.info xəbər verir ki, İsveçrənin “Le Temps” qəzetinin yazısında bundan danışılır. Müəllif Emmanuel Qrinşpan Putin hakimiyyətinin necə pul toplamasından yazıb.

“Qeyri-sabit zamanlarda, geosiyasi buludlar başının üstünü alanda ən yaxşısı pul toplamaq və bunu əlinin altında saxlamaqdır. Görünür, Putin məhz bu arqumentdən istifadə edir. 2020-ci ildə Rusiyanın xarici borcu 40 faiz artıb. Halbuki Milli Rifah Fondunun və Valyuta Fondunun böyük ehtiyatları var”.

Qrinşpan yazır ki, Rusiyanın dövlət borcu sürətlə artır, amma milli valyuta dəyər itirmir. Çünki Kreml əlindəki maliyyə imkanlarından hakimiyyəti qorumaq və iqtisadiyyatın tam sıradan çıxmasına yol verməmək üçün istifadə edir. Eyni zamanda, Rusiyada ümumdaxili məhsulun yüksəkliyi də Putin hökumətinin işinə yarayır. Xarici borc ümumdaxili məhsulun cəmi 17 faizini təşkil edir. Məsələn, İsveçrədə uyğun rəqəm 44-ə çatır. Avropada ümumi göstəricilər heç nikbin deyil. Dövlətlərin borclarını bir yerə topadıqda ümumdaxili məhsulun 90 faizini təşkil edir.

Rusiyanın neft pulları Milli Rifah Fondunda toplanır. Mayın 1-nə olan məlumata görə, orada 13.8 trilyon rubl, yəni 185.87 milyard dollar yığılıb. Bu, ümumdaxili məhsulun 12 faizi deməkdir. Rusiya Milli Bankı sədrinin birinci müavini Sergey Aleksaşenko deyib ki, qeyd olunanlar Kremlin siyasi seçimidir. Yəni ən vacibi büdcənin qaydasında olmasıdır.

“Le Temps” bir məqama xüsusi diqqət ayırıb. Rusiya dövlət büdcəsində neftin 1 bareli 45 dollardan əksini tapıb. Halbuki indi qiymət 70 dollara yaxınlaşıb. Qalan pullar Milli Rifah Fonduna yönəldilir. Orada toplananlar isə Kremlin bir çox coğrafiyalara təsir imkanlarını qoruyur. Moskva yığılan pullar sayəsində çalışır ki, Belarus, Mərkəzi Afrika Respublikası, Suriya, Donbass, Dnestryanı ərazi, Abxaziya, Osetiya kimi yerlər Putinin orbitindən uzaqlaşa bilməsin. İqtisadiyyatın 9 ildir inkişaf etməməsi, əhalinin gəlirlərinin ardıcıl 5 ildir azalması dövlət başçısının kefini pozmur. Ən əsası pul ehtiyatlarını artırmaqdır.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »