Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 il sonra neft erası başa çatacaq: Azərbaycanı nə gözləyir...
Neft, qiymət

“Növbəti 10 ildə neft qiymətləri yüksək səviyyədə olacaq. Bu 10 ildən sonra artıq neft erasının sonuna çatacağıq. Buna görə neftdən səmərəli istifadə üçün əlimizdə 10 il qalıb”.

Bu fikirləri SOCAR sözçüsü İbrahim Əhmədov benzinin qiymətinin yüksəlməsi ilə bağlı danışarkən səsləndirib. Ondan sonra biz ölkəmizin neft olmadan ayaqda qala bilməsi uğrunda çarpışmalı olacağıq və buna indidən hazırlıq görülməlidir.

Hazırda insanlarımızı bir sual düşündürür. Neftin qiymətində dalğalanma, benzinin qiymətindəki artımdan sonra büdcədə neft qiymətlərinə yenidən baxıla bilərmi? İqtisadçı Eldəniz Əmirov düşünür ki, əmin ola biləcəyimiz ehtiyatları qoruyub saxlamaq adına büdc dəyişikliyinə ehtiyac görmür və dəyişiklik ediləcəyini də ehtimal etmir.

Eldəniz Əmirov Eldəniz Əmirov

“Büdcəyə yenidən baxılmaq məsələsi gündəmə gəlsə də, hökümət bu fikrə düşməməlidir. Mövcud neft qiymətlərinin büdcədə nəzərdə tutulan həddən (40 USD) 75% artıq qiymətə, yəni 70 dollara satılmasına baxmayaraq, yaxşı olardı ki, bu vəsait DNF-in azaldılmış ehtiyatlarının bərpasına xidmət etsin. Çünki 3-5 il sonra nefti və iqtisadiyyatımızı nələr gözlədiyini 100% proqnoz etmək mümkün deyil. Əminlik yaradacaq ehtiyatlar isə həmişə lazımdır”.

Dünyada neft ehtiyatları tükənir. Hətta tüknməsə belə, yeni dünya yeni enerji növlərindən istifadə başlasa, neft artıq arxa plana keçib daha “qara qızıl” olmaya bilr.

2015-ci ildə aparılmış tədqiqatlardan sonra, mütəxəssislərin dəyərləndirmələrinə görə, dünyanın nəhəng neft hasilatçıları olan ölkələrdən Malayziyanın 15, Əlcəzairin 15 , Anqolanın 12, Meksikanın 11, İndoneziyanın 10, Norveçin 7, Kolumbiyanın 6 illik neft ehtiyatı qalıb. Dünya yeni erada texnoloji inkişaf və insan kapitalına verilən dəyərlə meyarlar tətbiq edəcək.

Müasir dünya təcrübəsinə əsasən, insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir. Hazırda inkişaf etmiş ölkələrdə insan kapitalının həcmi artıq 75 faizə çatır.

Azərbaycanda və bütün dünyada müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Səviyyə yetərlimi? Bunun cavabını bir neçə on il sonra kadr potensialımızın səviyyəsi ilə görə biləcəyik.

Professor, iqtisadı alim Saleh Məmmədov hesab edir ki,ölkənin sürətlə inkişafı üçün elmi texniki tərəqqi şərtdir, elmə qoyulan hər bir manat 10 qat,100 qat misliylə geri dönəcək.

Saleh Məmmədov Saleh Məmmədov

“Azərbaycanda əhalinin hər 10 min nəfərinə elm sahəsində çalışanların sayı 23 nəfər təşkil edir. Bu rəqəm hazırda İsraildə - 90 nəfər, Sinqapurda 76, İsveçrədə - 88 nəfərdir. Ölkəmizdə ixtira üçün patentlərin sayı 1985-ci illə müqayisədə 7 dəfə azalıb, amma baxın, kiçicik Sinqapurda ixtira patentlərinin sayı Azərbaycandan 60 dəfə çoxdur - 11000 ədəd, İsraildə isə - 38 dəfə çoxdur və 7000 ədəd təşkil edib.

“Elm olmayan yerdə sənaye ola bilməz. Hazırda qlobql dünya 4-cü sənaye inqilabı ərəfəsinə daxil olub. Dünya ölkələrinə nisbətən müstəqillik illərində elm sahəsində nəyə nail olmuşuq? Elm xərclərinin səviyyəsi indeksləri üzrə hansı yerləri tuturuq?

200 ölkə üzrə elmin inkişafı indekslərinə görə müsəlman ölkələrinin ilk yeri 35-cı yerdən sonra başlayır, əksəriyyət göstəricilər üzrə İslam ölkələri içərisində Türkiyə, Malayziya, Ərəb Əmirlikləri gəlir. İnnovasiya indeksi üzrə Azərbaycanın yeri təhlil olunan 127 ölkə içərisində 100 ballıq şkala ilə 30,6 balla 82-cidi, son beş ildə 71-ci yerdən bu səviyyəyə düşmüşdü və getdikcə də pisləşməyə doğru irəliləyir. Elmsiz inkişaf yoxdur, elmin zəifləməsi ölkənin hərtərəfli zəifləməsi deməkdir. Elm xərclərinin ümumi daxili məhsulda (ÜDM) payına görə ilk yeri İsrail tutur – 5%-ə yaxın. İnkişaf etmiş ölkələrin hamısında bu göstərici yüksəkdir, İslam ölkələrində və digər geridə qalmış ölkələrdə isə çox aşağıdır. Azərbaycan bu göstərici üzrə 0,2%-lə 91 ölkə içərisində 66-cı yeri tutur”.

Saleh müəllim həmişəki kimi inkişaf sürətinə heyran qaldığı Sinqapurdan misal çəkir:

“Sinqapur çox kiçik, hətta cırtdan dövlətlər sırasında gedir, ərazisi 125 dəfə Azərbaycandan, 30% Bakının Qaradağ rayonunun ərazisindən kiçikdir, əhalisi 5.6 milyon nəfərdi, heç bir resursu, hətta içməli suyu yoxdur. Elm hesabına dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilib, tək Azərbaycan deyil, Rusiya ilə Azərbaycanın cəmi toplam ixracatından da çox məhsul ixrac edir. İldə yalnız 70 milyard dollarlıq inteqral sxem, 200 milyarda yaxın soft proqramlar, hard İT məhsullar, yüksək texnalogiya ixrac edir. Vaxtilə Malayziyadan müstəqillik qazananda iqtisadi və hərbi güc fərqləri Azərbaycanla Rusiya arasında olan fərq kimi idi. İndi müstəmləkə Sinqapur yenə də elm hesabına müstəmləkəçi Malayziyadan xeyli çox iqtisadi və hərbi gücə malikdir”,- deyən alim elmin inkişafı naminə görüləcək işlərdən də danışıb.

“Elmə çəkilən hər manat minimum 2 manat, qat-qat artıq səmərə verəcək. Pulu ayırmaq hələ işin əsası deyil. Azərbaycan Respublikasının təcrübəsində milyardlarla pul vəsaiti ayırılmış və ondan heç bir səmərə alınmamışdı, əksinə, bütün pullar yoxa çıxmışdı. Elmin inkişafı qanununun qəbul olunması vacibdir. Elmin daha da gəncləşdirilməsi üçün elmin məktəblərə yerləşdirilməsi zəruridir. Hər bir məktəbdə müxtəlif sahələrdə elmi laborotoriyaların yaradılması, şagirdləri geniş miqyasda elmə cəlb etmək zəruridir. İnkişaf etmiş ölkələrdə müasir kəşflərin xeyli hissəsi şagirdlərə məxsusdur. Əminəm ki, Azərbaycan gəncləri iş düzgün qurulduğu halda böyük uğurlar qazanacaq”,- deyə alim bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »