Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Gömrük Komitəsinin sədri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Komitə sədri Azərbaycanla Pakistan arasında strateji əməkdaşlıq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Bildirilib ki, beynəlxalq və regional əhəmiyyətli məsələlərdə dövlətlərimiz qarşılıqlı dəstək və etimad nümayiş etdirirlər. Səfər Mehdiyev 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə bütün müstəvilərdə tam dəstək verən Pakistan dövlətinə və xalqına minnətdarlığını bildirib.

Səfər Mehdiyev qarşılıqlı münasibətlərin iqtisadi, eləcə də gömrük işinin təşkili sahəsində inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu və imkanlardan səmərəli istifadə etməklə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlardan bəhs edən Komitə sədri tətbiq edilən yeniliklər hesabına Azərbaycan gömrüyünün çevik və dinamik bir quruma çevrildiyini diqqətə çatdırıb. Səfər Mehdiyev iki ölkənin gömrük orqanları arasında təcrübə və məlumat mübadiləsinin, hərtərəfli əməkdaşlığın gücləndirilməsinin beynəlxalq ticarətin inkişafına, həmçinin əhalinin rifahının yaxşılaşmasına töhfə verəcəyinə əmin olduğunu söyləyib.

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye səmimi görüşə görə təşəkkürünü bildirib və Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbriklərini çatdırıb.

Ölkələrimizin əməkdaşlıq münasibətlərindən danışan səfir qeyd edib ki, iki ölkə arasında strateji əməkdaşlıqla yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm imkanlar var və aidiyyəti qurumlar, o cümlədən gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi bu sahənin inkişafına, qarşılıqlı ticarət dövriyyəsinin artmasına təkan verə bilər.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »