Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qida təhlükəsizliyi hamının işidir” şüarı altında keçirilən layihənin miqyası genişlənib
“Qida təhlükəsizliyi hamının işidir” şüarı altında keçirilən layihənin miqyası genişlənib

7 iyun - dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Ümumdünya Qida Təhlükəsizliyi Günü dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyi hamının işidir" şüarı ilə keçirilir.

Bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyi ilə birgə silsilə maarifləndirici tədbirləri davam etdirir. Həyata keçirilən tədbirlər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli şəbəkələrdə videomüraciətlə çıxış edib. Qida təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini vətəndaşların diqqətinə çatdıran Q. Təhməzli FAO-nun Azərbaycan Respublikasındakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakı kampaniyaya qoşulmağa dəvət edib. Çağırışa qoşulan M. Çakmak qida təhlükəsizliyinin təmin olunmasında hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib və kampaniyanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə ötürüb. Daha sonra kampaniyaya əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov da qoşulub. Hökumət nümayəndələri və beynəlxalq qurumların rəhbərləri Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı qida zənciri boyunca iştirak edən tərəflərin öhdəliklərini diqqətə çatdırıblar və hər kəsin prosesdə iştirakının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə və ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

https://youtu.be/8vjRerNgtiA - Qoşqar Təhməzli

https://youtu.be/w0Iem72ratQ - Melek Çakmak

https://youtu.be/Ux12aBQmCkE - Qulam İsaqzai

https://youtu.be/iPSiX1feMEA - Sahil Babayev

https://youtu.be/iNB_NYSIZB8 - Muxtar Babayev

https://youtu.be/yVchixB-feQ - İnam Kərimov

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »