Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
WhatsApp-ın bir akauntunu bir neçə telefonda açmaq mümkün olacaq
Whatsapp

WhatsApp mesencerində bir akauntu eyni zamanda dörd cihazda açıb işlətmək imkanı yaradan dəyişiklik hazırlanır.

“Report” xəbər verir ki, bu barədə “Facebook” və “WhatsApp” rəhbərləri bildirib. Hazırda isə akaunt ikinci telefonda açıldıqda birincisində avtomatik olaraq bağlanır. Yeni funksiya iştirakçı telefonlardan biri söndükdə belə davam edəcək.

Bununla yanaşı, “WhatsApp”-da ismarıcları bir dəfə oxuduqdan sonra avtomatik silən funksiya üzərində də çalışmalar davam edir. Həmçinin “silinən ismarıc” funksiyasını da artıq bütün çatlarda işə salmaq mümkün olacaq.

Yeni funksiyalar ilkin olaraq “WhatsApp”-ın beta versiyalarından birində tətbiq olunacaq, sonrakı mərhələdə bütün istifadəçilər üçün çatımlı olacaq. Həmçinin iPad tabletləri üçün də ayrıca versiya üzərində işlər getdiyi bildirilir.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »