Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda məscidə yarım milyondan çox kommunal borc yazılıb
Ramazan ayı, məscid

“Azəriqaz” Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə 592 min 412 manat borc yazıb.

İddia olunur ki, borc 2014-2015-ci illərdən qalıb.

Bizimyol.info xəbər verir ki, məscidin axundunun müavini borcla razılaşmayaraq, məhkəməyə müraciət edib. Borcun silinməsi üçün “Azəriqaz”a qarşı Xətai rayon Məhkəməsində iddia qaldırılıb.

İddiaya Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb. Hakim belə nəticəyə gəlib ki, bu məsələyə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Ona görə də işin adıçəkilən məhkəməyə göndərilməsi barədə qərar qəbul edib.

Bu məscid XX əsrin əvvələrində tikilən memarlıq abidəsidir. Məscid Mədəniyyət və Turizm Nazirliyinin balansında olmaqla, tarixi abidə kimi dövlət tərəfindən qorunur. Ötən il məsciddə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işləri aparılıb.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »