Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biri qadın olmaqla mağazalardan oğurluq edən iki nəfər saxlanılıb
Qadın - qandal - həbs

Astara rayonunda mağazalardan oğurluq edən Bərdə sakinləri Ağcabəridə saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etmələrinə əsaslı şübhələr olan şəxslər saxlanılıblar.

Astara rayon sakini Ş.İsayev polisə müraciət edərək axşam saatlarında işlədiyi mağazaya gələn iki nəfər şəxsdən birinin onun diqqətini yayındırdığını, digərinin isə bir ədəd sərinkeş və kassadan 750 manat pulu oğurlayaraq mağazanı tərk etdiklərini bildirib.

Astara RPŞ-nin əməkdaşları həmin şəxslərin saxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Məmmədov idarə etdiyi avtomobillə Ağcabədi rayonu ərazisində saxlanılıb. Saxlanılarkən cinayətin digər iştirakçısı olmaqda şübhəli bilinən Ə.Aydınovanın da sərnişin qismində maşında olduğu müəyyən edilib. M.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilərkən mağazadan oğurladıqları sərinkeş və ilkin araşdırma zamanı ətraf rayonlardan oğurladıqları müəyyən edilən 4 ədəd samovar aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayətlərdə iştirakını müəyyən etmək üçün araşdırmalar aparılır.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »