Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyunda hansı bürcləri uğur gözləyir
Bürclər

Hər ayın bütün bürclər üçün uğurlu olması mümkün deyil. Sürprizlə qarşılaşan da olur, çox ağır günlər keçirən də. İyundan da belə gözləntilər var. Bizimyol.info ukraynalı astroloq Arina Arturovnanın proqnozlarını təqdim edir.

Qoç – Çox əziyyət çəkmək lazım gələcək. Uzaq səfərlərin, ezamiyyətlərin baş tutması mümkündür. Hər an aldada bilərlər, buna görə də diqqətli olmaq lazımdır. Bacı və qardaşların qayğısına qalmaq məsləhət görülür. Onların bizim köməyə həmişə ehtiyacı yarana bilər. Dostlarla vaxt keçirmək üçün uyğun zaman yetişib.

Buğa – Xüsusilə maliyyə müstəvisində qeyri-sabitlik olacaq. Əlavə qazanc üçün çoxlu enerji sərf etmək lazım gələcək. Bu ay bahalı əşyalar almaq məsləhət deyil. Əlavə işlə bağlı qərar ayın sonunda verilsə, yaxşı olar. Romantik tanışlıqlar mümkün görünür.

Əkizlər – Ehtimal edilməsi çətin aydır. Çox şey Əkizlərin özündən asılıdır. Maliyyə fəallığının yalnız yaxşı nəticə verə biləcəyini demək olar. Sükan arxasında diqqətli olmaq tövsiyə edilir.

Xərçəng – İyunu bu bürcdən olanlar üçün uğurlu zaman kəsimi adlandırmaq olar. Geniş, pozitiv düşünmək lazımdır. Maraqlı adamlarla tanış olmaq imkanı var. Səyahət yerinə düşərdi.

Şir – Uzunmüddətli planlar qurmağın vaxtı deyil. Bəzi hadisələr Şir bürcündən olanların həyata baxışını, müəyyən məsələlərə yanaşmasını dəyişə bilər. Yeni dostlara güvənməyə tələsmək lazım deyil. Yaradıcı düşüncə işə yarayacaq. Sağlamlığa diqqət yetirmək vacibdir. Risk heç tövsiyə olunmur.

Qız – Xaricə getmək üçün viza müraciətinin zamanı deyil. Qız bürcü bu ay sosial, karyera həyatında vacib qərarlar vermək istəyəcək. Şəxsi həyatda rəngarənglik gözlənilir.

Tərəzi - Yeni bir vəzifə almaq və karyera nərdivanında yüksəlmək üçün bir fürsət yaxalayacaqsınız. Bu işdə yeni əlaqələr və nüfuzlu tanışlıqlar sizə kömək edəcək. Müvəqqəti işsiz olanlar və uyğun vakansiya axtaranlar yeni təkliflər alacaqlar. Bəlkə də ailə üzvlərinizdən birinin maaşı artırılacaq və ya ailənizdə yeni gəlir mənbəyi ortaya çıxacaq.

Əqrəb – Emosiyaları cilovlamaq lazımdır. İndi kobudluğun heç yeri yoxdur. Uzaqgörənlik, cəld qərar vermək bacarığı işə yarayacaq. Ay rahat keçməyəcək, amma təmkinli davranmaq yaxşı olar.

Oxatan – Öhdəlikləri yerinə yetirə bilməmək narahatlığı olacaq. Buna baxmayaraq, müxtəlif mənbələrdən gəlir əldə ediləcək. İyunda sağlamlığa xüsusi diqqət tələb olunacaq. Açıq havada çox olmaq, təbiətlə təması kəsməmək vacibdir. Düzgün qidalanma vəziyyəti yaxşılaşdıracaq.

Oğlaq – Qayğıların çoxluğu səhhətdə problemlər üzə çıxaracaq. Güc çatmayacaq şeyləri üzərinə götürmək də çətinliklər yarada bilər. Daxili narahatlıq, əsəblərin gərilməsi müşahidə ediləcək. Keçmiş sevgililərdən birinin yadına düşmək ehtimalı var. Yayın əvvəli sağlamlığı möhkəmləndirmək üçün uyğun dövrdür.

Dolça – Uşaqların təhsilinə, tərbiyəsinə vaxt ayırmaq fayda verəcək. Gizli məhəbbət əlaqələrindən qaçmaq lazımdır. Heç yaxşı nətəcələnməz. Yaradıcılıqla, keçmiş hobillərlə məşğul olmaq daxili rahatlıq gətirəcək. Müəyyən işlər maddi xeyir vəd edəcək.

Balıq – Qarşılıqlı anlaşmanın olmaması ailədə problemlər yarada bilər. Uşaqlarla dil tapmaq asan olacaq. Balıqlar bürcü hər hansı səbəbdən öz övladı ilə fəxr edə biləcək. Mədəni tədbirlərdə iştirakın faydası olacaq.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »