Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada Britaniya ştammı yoxa çıxıb, ölüm halları sıfıra enib
Britaniyada Britaniya ştammı yoxa çıxıb, ölüm halları sıfıra enib

Böyük Britaniyada artıq koronavirusdan ölüm halları qeydə alınmır.

Böyük Britaniyada son sutkalar ərzində artıq koronavirusdan ölüm halları qeydə alınmır. Baxmayaraq ki, xəstəliyə yeni yoluxma halları davam etməkdədir. Mütəxəssislər bunu vaksinasiyanın effektiv olması ilə əlaqələndirirlər. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, təqdim olunan statistikada müəyyən xəta payı istisna edilmir, lakin səhiyyə naziri Mett Henkok hesab edir ki, statistikaya baxınca vəziyyətin nəzarət altına alındığını görmək mümkündür.

“Aydın görünür ki, vaksinlər işə yarayıb. Onlar sizi və doğmalarınızı ölümün cəngindən xilas edir. Nə qədər ki, virusa tam qələbə çalmamışıq, ehtiyat tədbirlərinə əməl etməliyik”,- deyə o qeyd edib.

Ötən gün Böyük Britaniyada koronavirusa 3165 yoluxma qeydə alınıb, bir həftə əvvəl bu rəqəm 2493 təşkil edib. Həkimlərin fikrinə görə, yoluxa sayının artması virusun yeni B.1.617.2 Hindistan variantının yayılması ilə əlaqədardır. Maraqldıır ki, Britanyadan yayılmağa başlamış qorxunc B.1.1.7 ştammı artıq yoxa çıxıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »