Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Makron "Papadan artıq katolik" olmaq istəyir”
Nikol Paşinyan və Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktub iki hissədən ibarətdir. Birinci hissədə Azərbaycan və Fransa dövlətləri arasındakı diplomatik münasibətlərin möhkəm və uzun müddətliliyindən bəhs edilir. İkinci hissədə isə Makron Ermənistan və Azərbaycan arasındakı münasibətlərə toxunaraq bildirib ki, sərhədin sülh yolu ilə delimitasiyası, hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələri, bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağı tövsiyə edib.

Sonda isə qeyd edib ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər.

“Fransa prezidenti E.Makronun dövlət başçısı İlham Əliyevə bayram təbriki məktubunda qeyd etdikləri heç də dostuluğun davam etdirilməsi deyil, bu ölkənin qərəzli və Ermənistanın himayəçisi olduğunu göstərir”.

Bu fikirləri MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib .

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Onun sözlərinə görə, E.Makron bu məktubunda düşmən diverantları "əsir” adlandırması, həmçinin Qarabağda ermənilərin "mədəniyyət irsini" qorumaq üçün UNESKO-nu nümunə gətirərək tövsiyə etməsi kimi qeydləri onun Ermənistan lobbisi qarşısındanə qədər aciz olduğunu göstərir.

“İlk növbədə bir dövlər başçısı, digər dövlət başçısına tövsiyə edə bilməz. Bu, bir dövlət başçısının özünün nə qədər şəxsi keyfiyyətinin aşağı olduğunu göstərir. Görünüdüyü kimi E. Makron "Papadan artıq katolik" olmaq istəyir. Bu məktubdan göründüyü kimi, Fransa prezidenti Azərbyacanla əlaqələrin inkişafında maraqlı deyil. Yalnız Ermənistanın maraqlarını nəzərə aldığımız müqabilində bunda maraqlı olacağını vurğulayır. Məhz onun Ermənistanın marqlarından çıxış etməsi, göstərir ki, Fransanın milli maraqları onun üçün maraqlı deyil”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Minsk qrupunun fəaliyyətində maraqlı olmamalı və bu prosesə son verməlidir. “Bu məktubdan görürük ki, E.Makron nə qədər dövlət başçısı olacaqsa, Azərbaycan-Fransa əlaqələri normallaşamayacaq”.

Leyla Mirzə

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »