Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvadakı danışıqlardan sonra Rüstəm Muradov İrəvana gedir
Zəngəzurun Mehri şəhəri

“Jovoğurd” nəşrinin yaydığı məlumata görə, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bu gün Moskvadan İrəvana səfər edəcək.

Səfər zamanı Muradovun ötən gün Azərbaycan, Ermənistan və Rusiya arasında keçirilən üçtərəfli danışıqların nəticələrini İrəvan rəsmiləri ilə müzakirə edəcəyi gözlənilir.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səfərlə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Muradovun birbaşa İrəvana səfər etməsi Moskvanın mesajlarını çatdırmaq məqsədi daşıyır.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bölgədə hazırda vəziyyət çox gərgindir. Bu vəziyyətin yaranması Azərbaycandan yox, Ermənistandan qaynaqlanır. Ermənistanın daxili və xarici siyasətində xaosdur, Paşinyan bir açıqlama, Baş Qərargah rəisi başqa bir açıqlama verir, sərhəddə pozuculuqla məşğul olurlar və s. Bütün bunlar əlbəttə ki, tək Azərbaycanın maraqlarına zərbə vurmur. Bu həm də bölgədə kommunikasiyaların açılması, münasibətlərin qurulmasını istəyən böyük dövlətlərin də maraqlarına, istəklərinə zidd olan məsələdir.

Əlbəttə ki, bu sırada ilk yerdə Rusiya gəlir. Rüstəm Muradovun birbaşa İrəvana səfər etməsi yəqin ki, Moskvanın mesajlarını çatdırmaq məqsədi daşıyır. Ola bilsin ki, Paşinyan və digərlərinə “odla oynama” mesajı çatdırılacaq”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın atdığı addımlar Rusiyanın nüfuzuna zərbədir.

“Paşinyan Fransaya gedib bir açıqlama verir, ölkəyə gəlib başqa açıqlama verir. Bütün bunlar hamısı əlbəttə ki, ciddi problem yaradır. Üstəlik, sərhəd müəyyən olunmalıdır. Azərbaycan başda olmaqla, bu işdə maraqlı olan Türkiyə və digər konstruktiv mövqe göstərən qüvvələr bu işin baş tutmasını istəyirlər. Ermənistanın nə istədiyini isə anlamaq olmur. Beynəlxalq aləmdə də tanınan Zəngəzur dəhlizi açılmalıdır, lakin Ermənistan buna əməl etmir, sərhəd pozmaqla məşğul olur. Bu həm Rusiyanın, həm də buradakı Rusiya sülhməramlılarının nüfuzuna zərbədir. Bu mənada sərhədin müəyyən olunması, müqavilə imzalanması üçün görülən işlərdə Rusiya tərəfinin mövqeyi və bütün məqamlar Ermənistan hakimiyyətinin nəzərinə çatdırılacaq”.

Xatırladaq ki, iyunun 2-də Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar keçirilib. Danışıqlarda Ermənistan tərəfdən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunları Baş Qərargah rəisi Arman Qasparyanın, Rusiya tərəfdən isə Qarabağdakı sülhməramlı kontingent komandiri Rüstəm Muradovun iştirak etdiyi bildirilir.

Leyla Mirzə

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »