Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“RootAyyildiz Tim” hakerlər qrupu daha bir sayt dağıdıb
“RootAyyildiz Tim” hakerlər qrupu daha bir sayt dağıdıb

Türkiyənin tanınmış hakerlər qrupu “RootAyyildiz Tim”, Fox Televizyasının saytını dağıdıb.

Qrup üzvləri Bizimyol.info saytına bildirib ki, işlərini sevərək edirlər və hər zaman zərərçəkən insanların yanında olmağa çalışırlar. Qrupun məqsədi Türkiyə Cümhuriyyəti və İslama ediləcək hər cür hücuma, virtual müharibəyə internet məkanında cavab verməkdir.

Qrup bu günə qədər bir çox işlərə imza atıb. Bunlardan bəzilərini aşağıda qeyd edirik:

* Co Baydenin seçkilərdə təbliğat apardığı internet saytının dağıdılması,

* Avropa Birliyinin saytının dağıdılması,

* Larnaka və Baf Beynəlxalq Havalimanlarına aid internet saytlarının dağıdılması,

* Yunanıstanın Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və Elektron Hökumət portalına qarşı kiber hücumların təşkili,

* Hindistanın təhsil qurumlarının rəsmi saytlarına kiber hücumların təşkili,

* Sinovac Biotech şirkətinin internet saytının dağıdılması,

* Ermənistan Futbol Federasyasının rəsmi internet saytının dağıdılması,

* Kim Kardashianın internet saytının dağıdılması,

* Yunanıstan Əmək Nazirliyinin rəsmi internet saytının dağıdılması və s.

Uyğur Türklərinə qarşı vəhşi münasibət və insan haqlarının yox sayılmasına qarşılıq olaraq, Çin Kommunist Partiyasının saytına “RootAyyildiz Tim” hakerlər qrupu tərəfindən Şərqi Türküstan Bayrağı yerləşdirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »