Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK "gömrükdə qanunsuzluq" iddiası ilə bağlı açıqlama
DGK "gömrükdə qanunsuzluq" iddiası ilə bağlı açıqlama

Bu gün sosial şəbəklərdə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə digər qonşu ölkələrə getmək istəyən bir neçə boş yük və yüngül minik nəqliyyat vasitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda saxlanılması və ölkəyə buraxılmamasına dair iddiaların yer aldığı videogörüntülər yayımlanıb. Rusiya-Azərbaycan sərhədindəki neytral ərazidə dayanan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən çəkilərək yayımlanan videogörüntülərdə nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən qanunsuz olaraq buraxılmadığı iddia olunur.

Bizimyol.info xəbər verir ki, Dövlət Gömrük Komitəsi, həmin nəqliyyat vasitələrinin gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyərkən həyata keçirilən pasport nəzarəti zamanı sürücülərin quru sərhədləri vasitəsilə ölkəyə gəlmək üçün müvafiq icazə sənədlərinin olmadığının müəyyən edildiyini bildirib. Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən quru sərhədindən yalnız bu qurum tərəfindən verilən icazə sənədi əsasında və ya qanunvericilikdə müəyyən olunan hallarda keçmək mümkündür. Araşdırma zamanı həmin nəqliyyat vasitələrinin iddia edildiyi üzrə beynəlxalq yükdaşımalarla məşğul olduqlarına dair müvafiq sənədlərə malik olmadığı da üzə çıxıb. Üstəlik həmin şəxslərin nəqliyyat vasitələrini Azərbaycan Respublikasında rəsmiləşdirmək məqsədilə ölkəyə gətirdikləri müəyyən edilib ki, bu halda da dövlət sərhədini keçmək üçün rəsmi qurumların icazəsi tələb olunur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tətbiq edilən qaydalara əsasən gömrük sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi icazə sənədinin sərhəddə fəaliyyət göstərən qurumlara təqdim olunması mütləqdir.

Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »