Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan millisi yoldaşlıq matçında Belarusa qalib gəlib
Azərbaycan - Kipr: Start heyətlər açıqlandı

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Belarusla qarşılaşıb.

Baş məşqçi Canni de Byazinin yetirmələri bu dəfə də yoldaşlıq matçına səfərdə çıxıb. Minskin “Dinamo” Olimpiya Stadionundakı qarşılaşma yığmamızın bu il keçirdiyi ümumilikdə 5-ci, yoxlama görüşləri çərçivəsində 3-cü sınağı olub.

2021-ci ildə məğlubiyyətləri sıralayan komandamız uğursuz seriyaya, nəhayət ki, son qoymağa müvəffəq olub. Portuqaliyaya 0:1, Qətər, Serbiya və Türkiyəyə eyni – 1:2 hesabı ilə yenilən de Byazinin kollektivi yenə hesabda geri düşməsinə baxmayaraq, bu dəfə nəinki məğlubiyyətdən qurtula bilib, hətta son dəqiqələrdə qələbə qolunu da vurub. Bu isə yığmamızın 2021-ci ildəki ilk qalibiyyəti olub.

Qeyd edək ki, millimiz iyunun 6-da Kişinyovda Moldova yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Yoldaşlıq oyunu 2 iyun 20:00. Belarus – Azərbaycan - 1:2 Qollar: Maksim Skavış, 56 - Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1 Baş hakim: Dumitru Muntean (Moldova) Belarus: 12. Pavel Pavlyuçenko, 2. Kirill Peçenin, 3. Maksim Şvetsov, 4. Maksim Volodko, 5. Artyom Bıkov, 6. Ruslan Xadarkeviç, 9. Maks Ebonq, 11. Maksim Skavış (k), 13. Nikolay Zolotov, 14. Yevgeni Yablonski, 20. Dmitri Antilevski Ehtiyat oyunçular: 1. Anton Çiçkan, 16. Vladislav Vasilyuçek, 7. Qleb Şevçenko, 8. İqor Zayats, 10. Denis Qreçixo, 15. Roman Yuzepçuk, 17. Andrey Solovey, 18. Pavel Sedko, 19. Dmitri Podstrelov, 21. Vladislav Klimoviç, 22. Danila Neçayev, 23. Yevgeni Şevçenko Baş məşqçi: Georgi Kondratyev Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 21. Toral Bayramov, 7. Namik Ələskərov, 9. Əli Qurbani Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 12. Aydın Bayramov, 14. Şəhriyar Əliyev, 13. Abbas Hüseynov, 17. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 6. Vüqar Mustafayev, 10. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 19. Anatoli Nuriyev, 22. Rüstəm Əhmədzadə, 11. Ramil Şeydayev Baş məşqçi: Canni de Byazi Minsk. “Dinamo” Milli Olimpiya Stadionu

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »