Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda neft emalı zavodunda güclü yanğın baş verib - Video
İranda neft emalı zavodunda güclü yanğın baş verib - Video

Bu dəqiqələrə qədər Tehran neft emalı zavodunun 18 neft çəni güclü yanğın nəticəsində yanıb.

Yanğın güclü olduğundan neft saxlama çənləri bir-birinin ardınca yanıb.

Yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkirlər.

Hələlik yanğında xəsarət alanlar barədə məlumat verilməyib.

***

Saat 20:00

İranın paytaxtı Tehran şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Yanğının zavodda maye qaz nəql edən boru kəmərində baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Tehrandakı bütün neft emalı zavodlarında iş dayandırılıb. Əhalidən yolların açıq saxlanılması istənilib. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »