Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlını öldürən rus polisin yaxınları yaşadığı qəsəbəni tərk edib
Vəkil Abdullayev Rusiya polisi tərəfindən öldürüldüyü epizod

Rusiyanın Novosibirsk şəhərində yol polisi əməkdaşının azərbaycanlını öldürməsi ətrafında qalmaqal böyüyür. İyunun 2-də sosial şəbəkələrin Rusiya seqmentində hadisənin qeydə alındığı Moşkovo qəsəbəsində 60-ya yaxın silahlı azərbaycanlının peyda olması xəbəri yayılıb. Şimal ölkəsinin Daxili İşlər Nazirliyi xəbərə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, nazirlik yazılanların həqiqətə uyğun olmadığını açıqlayıb. Dövlət qurumunun regional idarəsindən narahatlığa əsas olmadığını deyiblər. Hərçənd, Moşkovo sakinləri hadisəyə görə çox gərgindir. Yazılanlara görə, azərbaycanlılar Vəkil Abdullayevin insidentdən sonra çatdırıldığı xəstəxananı və yerli polis bölməsini mühasirəyə alıblar.

Hadisə mayın 28-də baş vermişdi. Yol polisi əməkdaşı azərbaycanlıların olduğu avtomobili saxlayandan sonra onlara qarşı güc tətbiq etmişdi. Yayılan videoda iki polis əməkdaşının həmvətənlərimizdən birini xidməti maşına güclə əyləşdirməyə çalışması görünür. Vəkil Abdullayev dostuna qarşı davranışa etiraz edir. Polis əməkdaşlarından biri Aleksandr Qusev silaha əl atır.

Növbəti kadrda Vəkil Abdullayevin qan içində yerə yıxılması görünür. Yol polisi əməkdaşı necə davranacağını bilmir. Videonu çəkən şəxsin dəhşət içində ona bağırması eşidilir.

Sonradan hadisəni telefonun yaddaşına salan şəxsin Vəkil Abdullayevin qardaşı İlkin İsmayılov olması dəqiqləşib. Yol polisi əməkdaşları həbs etməyə çalışdıqları Ruslan Qurbanovu qətldən sonra sərbəst buraxıblar. Vəkil Abdullayevin yaxınları təcili Novosibirskə yollanıb.

Azərbaycanlıların qəzəbi ilə yanaşı, yerli rusların yol polisi əməkdaşına dəstəyi də müşahidə olunur. Novosibirskin 10 mindən çox sakini imza toplayaraq şəhər prokuroruna ünvanlayıb. Onlar Aleksandr Qusevin həbsdən azad olunmasını istəyirlər. Yol polisi əməkdaşlarının yaxınları qəsəbəni tərk edib. Onların yerli mətbuata dediyinə görə, təhlükəsizlik üçün belə addım atıblar.

Sosial şəbəkələrdə yayılan xəbərlərdə Qusevin yaxınlarının hədələndiyi yazılır. Guya azərbaycanlılar yol polisi əməkdaşını əvvəl-axır öldürəcəklərini bildiriblər. Yerli sakinlər mətbuata Moşkovoya xüsusi təyinatlılardan ibarət dəstələrin gətirildiyini bildirib.

Vəkil Abdullayev hadisədən sonra təcili xəstəxanaya çatdırılmışdı. Başından güllələnən azərbaycanlı mayın 30-da həyatını itirmişdi.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »