Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya Türkiyədən çömçə ilə alıb, qaşıqla verir”
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Rusiya-Türkiyə münasibətləri yenə qaydasında deyil. Bunu Qarabağa münasibətdə aşkar görmək olur. Üstəlik, Ukrayna ilə yaxınlaşma Ankaranın Moskva ilə arasını ayrıca vurub. Rusiya aylardır Türkiyə ilə hava əlaqəsini kəsib.

Bizimyol.info xəbər verir ki, qardaş ölkə mətbuatında da məsələni diqqətdə saxlayırlar. “Medya Günlüğü” Rusiya-Türkiyə münasibətləri haqda yazı hazırlayıb. Burada Kremlin Ankaraya verdiyindən daha çox almaq cəhdlərindən danışılır. Hətta yazıda “çomçə ilə alıb, qaşıqla verir” ifadəsi yer tutub.

Rusiya Türkiyə ilə hava əlaqəsini yenə bərpa etmədi. Azı iyunun 21-nə qədər Şimal ölkəsindən turist axını gözləməyə dəyməz. Turizmin Türkiyə iqtisadiyyatında hansı rolu oynadığını bilməyən yoxdur. Moskva şantaj yolunu davam etdirir. Kreml Ankaranın bu məsələyə necə həssas yanaşdığını gözəl bilir. Zarafat deyil, rus turistlər ildə Türkiyə iqtisadiyyatına azı 4 milyard dollar fayda gətirir.

Bütün baş verənlərin arasında bir xəbər gözə çox çarpmır. Türkiyədən Rusiyaya pomidor kvotası artırılıb. Ankaraya 250 min əvəzinə 300 min ton məhsulun ixracına şərait yaradılıb.

“Medya Günlüğü” xatırladır ki, 2015-ci ilin noyabrında Kreml Ankaraya iqtisadi sanksiya tətbiq etmək qərarına gəlmişdi. Onda noyabrın 24-də Türkiyə Rusiya təyyarəsini vurmuşdu. Moskva qəzəbdən özünə yer tapmırdı. Dərhal 24 adda tərəvəz və meyvənin gətirilməsinə qadağa tətbiq edilmişdi. Türkiyə pomidorları Rusiya bazarına bir də 2017-ci ilin noyabrında qayıtmışdı.

Həmin böhrana qədər Ankara şimal ölkəsinə ildə 350 min ton pomidor göndərirdi. Bu dəfə rəqəm 300 minə çatdırılır. Deməli, nə baş verir? Rusiya manevrlərlə Türkiyəni aldadır. Kreml Ankara ilə əməkdaşlıq etdiyi başqa sahələrdə daha çox qoparmağa çalışır. Amma pomidor biznesində Türkiyəyə münasibətdə illər ərzində ümumi kvota aşağı salınıb. “Medya Günlüğü” yazır ki, hava əlaqəsinin kəsilməsi ölkəyə son 5.5 ildə pomidordan qazandığından daha çox zərər gətirəcək. Yəni Moskva siyasi dəllallığını uğurla həyata keçirir.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »