Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Komitəsindən iddialara cavab: Avtomobillər satılmaq üçün gətirilirmiş
Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi (DGK) bir neçə nəqliyyat vasitəsinin ölkəyə buraxılmamasına dair iddialara aydınlıq gətirib.

Qurumdan "Report"a verilən məlumatda vurğulanıb ki, bu gün sosial şəbəkələrdə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə digər qonşu ölkələrə getmək istəyən bir neçə boş yük və yüngül minik nəqliyyat vasitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda saxlanılması və ölkəyə buraxılmamasına dair iddiaların yer aldığı videogörüntülər yayımlanıb. Rusiya-Azərbaycan sərhədindəki neytral ərazidə dayanan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən çəkilərək yayımlanan videogörüntülərdə nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən qanunsuz olaraq buraxılmadığı iddia olunur.

“Dövlət Gömrük Komitəsi bildirir ki, həmin nəqliyyat vasitələri gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyərkən həyata keçirilən pasport nəzarəti zamanı sürücülərin quru sərhədləri vasitəsilə ölkəyə gəlmək üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən quru sərhədindən yalnız bu qurum tərəfindən verilən icazə sənədi əsasında və ya qanunvericilikdə müəyyən olunan hallarda keçmək mümkündür. Araşdırma zamanı həmin nəqliyyat vasitələrinin iddia edildiyi üzrə beynəlxalq yükdaşımalarla məşğul olduqlarına dair müvafiq sənədlərə malik olmadığı da üzə çıxıb.

Üstəlik həmin şəxslərin nəqliyyat vasitələrini Azərbaycan Respublikasında rəsmiləşdirmək məqsədilə ölkəyə gətirdikləri müəyyən edilib ki, bu halda da dövlət sərhədini keçmək üçün rəsmi qurumların icazəsi tələb olunur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tətbiq edilən qaydalara əsasən gömrük sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi icazə sənədinin sərhəddə fəaliyyət göstərən qurumlara təqdim olunması mütləqdir”-açıqlamada deyilir.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »