Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamıya dəstək verən ABŞ niyə Azərbaycanda fəal deyil...
Ağ Ev, Vaşonqton, ABŞ

Yarım əsr öncə İsrailin hərbi xərcləri onu müflis etdi. İndi Yaxın Şərqdə vəziyyət kəskinləşəndən sonra bu qarşıdurmanın ərəb dövlətləri ilə əhatələnmiş qərbyönümlü İsrailə neçəyə başa gələcəyi çoxlarını düşündürür. Bu proses İsrailin cibinə uyğundurmu? Ümumiyyətlə, baş verənlər kimlərə sərf edir?

Münaqişələrin maliyyələrə təsirini öyrənən alimlərin son zamanlar bu suala cavabı ikilidir. Bir tərəfdən daimi münaqişələrin bəyan ediləndən fərqli olan gizli xərcləri, dəyərləri var, bu kimi münaqişələr turizm, biznes, ticarət kimi amillərə mane olmaqla, insan kapitalını məhv etməklə ikinci bir ziyanı da vurmuş olur.

Bu kimi faktorlar nəzərə alınmaqla hazırda İsrailin müdafiə xərcləri ÜDM-in 13 faizini təşkil edir ki, bu da ildə təxminən 20 milyard dollar deməkdir. 1970-ci illərdə ərəb dünyası ilə toqquşma İsrailə ÜDM-in 30 faizi hesabına başa gəlmişdi. Bu, ümumilikdə İsrailin indi səhiyyə, təhsil və əhalinin sosial müdafiəsinə xərclədikləri vəsaitdən çox deməkdir.

Qərb hesab edir ki, onun donor dəstəyi olmasa, İsrail bu problemin altından rahatlıqla qalxa bilməzdi. İsrailə bu anlamda əsas dəstəyi ABŞ verir. 2020-ci ildə İsrail müdafiə xərclərinə 21 milyard sərf edib, bunun 3,3 milyardını ABŞ vəsaiti təşkil edib ki, bu vəsaitin də bir qədəri ABŞ silahlarının alınmasına sərf olunub. İndi amerikalı mütəxəssislər hesab edirlər ki, hazırkı münaqişəni sülhlə nizamlamaq olsa belə, İsrail hələ uzun müddət digər ölkələrə nisbətən müdafiə xərclərini yüksəkdə tutmalı olacaq.

“Fitch” beynəlxalq reytinq agentliyinin hesablamalarına görə, Corc Buşun (oğul) hakimiyyəti dövründə ABŞ İsrailə 10 il müddətinə 30 milyard dollar ayırıb, Obama hakimiyyətdə olarkən 12 il müddətində 38 milyard dollar verilməsinə şərait yaradıb. ABŞ İsraillə barışmış qonşu ölkələrə də yardım əli uzadır. Belə ki, Misir və İordaniya 2019-cu ildə hərəsi yarım milyard dollar yardım alıblar. Bu il hər iki dövlətə 235 milyon dollar veriləcək. Bayden də İsrailə dəmir dəstək vədləri verib. Lakin bəzi demokratlar İsrailə ağıllı silahlanma üçün 735 milyon dollar ayrılmasına etirazlar edirlər.

Sual verilə bilər. ABŞ-ın bu qədər maliyyə dəstəyi ayırmaqda marağı nədir? Həm də təkcə İsrailə yox. Dünyanın o ölkəsi yoxdur ki, orada bu superdövlətin hansısa maliyyəsi iştirakçı olmasın.

İqtisadçı alim Saleh Məmmədov bizimyol.info-ya bildirib ki, ABŞ dünyaya elm, inkişaf və demokratiya gətirib. Yaponiya, Asiyanın bir çox inkişaf etmiş ölkələri, Oman, Küveyt, Qatar, BƏƏ iqtisadi inkişafa ABŞ-ın dəstəyi ilə nail olublar.

Saleh Məmmədov Saleh Məmmədov

“ABŞ maraqlı bir sistemlə inkişaf edir. Birinci, öz maraqları ilə hərəkət edir. İkincisi, özünü inkişaf etdirmək üçün özünə rəqib yaradır, o rəqibə dəstək verir və onun fonunda özü də yüksəlir. Bu ABŞ vətəndaşlarını inkişaf etdirmək üçündür. Özünə həm dost , həm də rəqib yaradır. Lakin köməkdən istifadə edib sonra ondan uzaqlaşan dövlətləri, belə desək, “cəzalandırır, döyür”. Ağılla yanaşanlar inkişaf edirlər. Bu gün yükəsk inkişafa nail olub ABŞ-dan uzaq olan hansısa ölkə tanımıram. İran kimi yanlış yanaşanlar da var və belə olan təqdirdə ABŞ iqtisadi sanksiyalarla çökdürür, qarşısında baş əyməyə məcbur edir. 90-cı illərdə ABŞ Rusiyaya da kömək göstərdi, lakin sonra Rusiyanın əks qütbə çəkilməsi nəticəsində balans dəyişdi. Çin də əks qütb kimi görünür, lakin 40 ildir dayanmadan inkişaf edir. Çin dünyanın 100 əsas böyük şirkətlərinin investisiyalarının öz ölkəsinə gəlməsinə nail oldu və bu, Amerikanın xeyir-duası ilə baş verdi. ABŞ getdiyi hər yerə bu gücü aparır, çəkildiyi hər yerdən də bu gücü çəkib aparır. Ərəb Əmirlikləri tamamilə ABŞ-ın dəstəyi ilə yüksəldi. BƏƏ tamamilə ABŞ investisiyası ilə qalxdı, ÜDM-də neft gəlirləri 40 faiz təşkil edir. Qalanı elmi-texnoloji inkişafın məhsuludur. İsrail tamamilə ABŞ-a bağlıdır. Sinqapur, Cənubi Koreya, Honkonq, Tayvan, Malayziya, Çin. Bu ölkələrin hamısı ABŞ-ın planı ilə irəli çəkiliblər”,- deyən iqtisadçı bu mənada ABŞ dəstəyinin Azəraycanda hansı səviyyədə ola biləcəyindən də danışıb.

“Biz Amerika potensialından Yaponiya, Qərbi Almaniya, İsrail kimi istifadə etsəydik, çoxdan inkişaf etmiş ölkə səviyyəsinə qalxardıq. Bizə ən böyük maddi dəstəyi ilk quruculuq illərində ABŞ verib. Bu gün də ABŞ o yardımı göstərməkdə davam edir. İctimaiyyət bunu çox bilmir. Bu gün bizdə ən defisit şey kreditlərdir ki, sənaye inkişaf etsin. Pul qoyub inkişaf etdirməyin mümkün olduğu çoxlu sayda sahələrimiz var.Lakin ABŞ gəldiyi ölkələrdə öz qaydaları ilə oynanılmasını tələb edir. Bu gün münasibətlərimizdəki müəyyən durğunluq da məhz bununla əlaqədardır”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »