Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yelo Bankın Müşahidə Şurasında dəyişikliklər
Yelo bank

Korporativ idarəetmə strukturunu təkmilləşdirməyə davam edən Yelo Bank daha bir tanınmış bankiri öz heyətinə cəlb edib. Zəngin beynəlxalq bank təcrübəsinə malik və Azərbaycan daxil dünyanın bir çox ölkəsində çalışmış Britaniya vətəndaşı Endryu Pospielovski, Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən Müşahidə Şurasının üzvü kimi təsdiqlənərək Yelo komandasına qoşulub.

15 ildən artıq müddətdə Bank və maliyyə institutlarının idarəetmə sahəsində təcrübəyə malik olan cənab Pospileovski Müşahidə Şurası, İdarə Heyəti kimi ali idarəetmə orqanlarının üzvü və rəhbəri olub. Maliyyə institutları ilə işdə çox böyük təcrübəyə malik olan Endryu bəy Audit və Risk Komitələrinin üzvü olmaqla yanaşı iri məbləğlərdə kreditlərin verilməsində, həmçinin strateji qərarların qəbulunda birbaşa iştirak edib.

Bu təyinatla cənab Pospielovski Yelo Bankın Müşahidə Şurasına daxil olan üçüncü üzv olub. Xatırladaq ki, Bankın Müşahidə Şurasına Marina Kulişova sədrlik edir, Nikoloz Yenukidze isə digər üzvdür.

Yelo Bankın İdarə Heyətinin Sədri Anar Həsənov təyinatı şərh edib:

“Sevindirici haldır ki, yenilənmiş strategiyamız və ambisiyalı hədəflərlə başladığımız yeni dövrdə Endryu kimi əsl peşəkar bizimlə birlikdə olacaq. Əminəm ki, öz təcrübəsi ilə cənab Paspilovski qısa və uzunmüddətli hədəflərimizə çatmağa bizə dəstək olacaq. Yelo komandası adından onu salamlayır və işlərində müvəffəqiyyətlər arzu edirəm”.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »