Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın da öz şərtləri var ki, danışıqlara gedir" - Moskvada nə danışılacaq...
Xankəndi

Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sazişin imzalanmasından 6 aydan çox vaxt keçdi.

Sazişin dördüncü bəndi - yəni Rusiya Federasiyasının sülhməramlı kontingentinin Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilməsi məsələsi bizim yox, Ermənistanın anladığı şəkildə gerçəkləşdirildi. Rusiya qısa müddətdə 52 min adamın Qarabağa qayıtmasını təşkil etdi, formal olaraq onların geri qayıdışı təşkilatlanlandırıldı. Bizim qaçqınların o yerlərə dönməsi barədə heç bir hərkətlənmə hələ ki, gözə çarpmır. Söz yox ki, bu məsələdə ərazilərin minalardan təmizlənməsi amili də rol oynayır. Prosesin qeyri-dəqiqliyi, süni şəkildə ləngidilməsi, hər gün növbəti problemlərin çıxması məhz üçtərəfli bəyanatdakı boşluqlardan qaynaqlanır. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması barədə müxtəlif xəbərlər dolaşsa da sazişdə bununla bağlı dəqiq vaxt verilməyib.

Fransa, Kanada, ABŞ, hətta yerindən duran Lüksemburq kimi cırtdanlar da əleyhimizə bəyanatlar verir və təhlükəsizliyə özünü qarant elan eləmiş Rusiya susur. Necə ki, bir ara “İskəndər”lə bağlı hay-küy saldıq, özümüz dedik, özümüz eşitdik. Məsələ cavabsız şəkildə tarixə gömüldü.

““Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi” dedikdə konkret göstərilməyib ki, bu “geri” deyilən yer haradır. Bir metr də geri çəkilməkdi, bir kilometr də, amma bu bənd o qüvvələrinin hələ Azərbaycanın ərazisini tərk etməyin hüquqi əsasını yaratmır. Deməli, “Artsax müdafiə ordusu” adı altında silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması məsələsi açıq olaraq qalır, əksinə, bu qüvvələrin sayı getdikcə artırılır və Ermənistan Respublikası gizli şəkildə kontingenti təzələyir, işğal davam edir”.

Bu fikirləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl səsləndirib.

Açıqsacı, Türk qoşunlarının Qarabağda yerləşdirilməsi də Rusiyanın işğalçı məramına, düşüncəsinə böyük əngəl törədir kimi görünmür. İndi insanlarımızı belə bir sual da düşündürür: “Görəsən, Türkiyə Azərbaycanda hərbi baza açacaq, yoxsa yox? Ərdoğan bunu Şuşaya səfəri zamanı elan edəcəkmi?”

Siyasi şərhçi Bəybala Mirzəyev hesab edir ki, hazırda Azərbaycanla Türkiyənin gündəmində belə bir məsələ yoxdur. Ərdoğanın Şuşa səfərində tamam ayrı məsələlər müzakirə ediləcək.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

“Türkiyənin Azərbaycanda hərbi baza açması hazırda real deyil. Bunun bir sıra səbəbləri var. Türkiyə hərbçilərin Qarabağa gəlişinin heç nəyi dəyişməməsi də gözlənilən idi. Çünki onlar sülhməramlı deyil. Sadəcə, monitorinqlə məşğuldurlar. Bu isə təbii ki, proseslərə elə ciddi təsir göstərə bilməz. Ermənistanın hazırda əks-hücuma keçməsi isə sırf seçkilərə hesablanmış zahiri effektdir. Əsl həqiqətdə isə Ermənistanın reallıqlara köklü təsir imkanları yoxdur. Fransanın oyuna girmək cəhdi də heç nəyi dəyişməyəcək. Makron sadəcə, "blef" edir”,- deyə Bəybala Mirzəyev son həftənin xülasəsini qısaca şərh edib.

Bu gün Azərbaycan və Ermənistan hərbçiləri Moskvada görüşərək diversantların azad edilməsi istiqamətində danışıqlar aparır. N.Paşinyan əsirlərin qaytarilmasını seçki ərəfəsində reytinqinin yüksəldilməsinə hesablanan addım kimi dəyərləndirir. Böyük ehtimalla Azərbaycanın da öz şərtləri var ki, danışıqlara gedir. Ötən gün N.Paşinyan nəqliyyat yollarının açılmasının mümkünlüyunü bəyan edib və Azərbaycanlılardan qorxmamağı tövsiyə edib.

Maraqlıdır demək olar, amma Paşinyanın da bir fikrinin üstündə sabit qaldığı görünmüş iş deyil. Gah Rusiyanın tütəyi ilə üfürür, gah Fransanın. İyunun 20-nə qədər çox şey baş verə bilər. Qonşuda bişər, bizə də düşər - demişdi babalar, bizdə təəssüf ki, bu məsələ bir az fərqli alınır. Qonşuda seçki olar, od bizim sərhədə düşər tipində, məsələn.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »