Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Ermənistan hərbçiləri Moskvada nəyi müzakirə edirlər...
Zəngəzurda magistral yoldan görüntü

“Azərbaycan və Ermənistan hərbiçiləri Moskvada görüşərək diversantların azad edilməsi istiqamətində danışıqlar aparır”.

Bu fikirləri MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanın da bununla bağlı şərtləri var ki, belə bir görüşə razılıq verib.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Ermənistan tərəfi məhz baş nazir müavinləri səviyyəsində işçi qrupu danışıqlarından yayınması əsasən iddia etdikləri əsirlərin qaytarilmasından irəli gəlir. N.Paşinyan əsirlərin qaytarilmasını seçki ərəfəsində reytinqinin yüksəldilməsinə hesablanan addım ki, dəyərləndirir. Azərbaycanın da bununla bağlı şərtləri var ki, belə bir görüşə razılıq verib və danışıqlara başlayıb. Azərbaycan Ermənistandan tam təminat almalıdır ki, bundan sonra dövlət sərhədində qəti şəkildə terror və təxribatlara əl atmayacaq. Zəngəzur dəhlizi üzrə işlər plana uyğun getməlidir.

Qeyd edim ki, ötən gün N. Paşinyan nəqliyyat yollarının açılmasının mümkünlüyunü birdaha bəyan edib və Azərbaycanlılardan qorxmamağı tövsiyə edib. Bu, Ermenistan Baş nazirinin Azərbaycanla əlaqələrin normallaşdırılması istiqamətində daxili auditoriyaya verdiyi mesaj olsada, seçki ərəfəsində diversantların azad olunması üçün Azərbaycana da verdiyi mesaj kimi qiymətləndirmək olar. İyunun 20 çox qısa vaxt qalır. N.Paşinyan çox çalışır ki, diversantların böyük bir qrupunun azad olunmasına çalışsın. Azərbaycanın şərtləri ilə razılaşacaqsa, diversantların müəyyən bir hissəsi azad edilə bilər.

N.Paşinyan hakmiyyətdə qalacaqsa, Qarabağdakı erməni separatçıları ilə əlaqələri kəsməyə çalışacaq. Sərhəddə təxribatlara imkan verməyəcək”,-deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »