Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Deyir ki, hara şikayət etsən də, baxılması üçün bizə göndərəcəklər”
İnam Kərimov

Redaksiyamıza Ucar rayon Yuxarı Şilyan kənd sakini Əhmədov Behbud Abbas oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, "Aqrolizinq" ASC-nin lizinq şöbəsinin müdiri Aqşin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın istifadəsində olan SAMPO markalı kombaynı əlindən alıb.

“Mən həmin kombaynı qanuni sənədlərlə, liznq yolu ilə götürüb istifadə edib ailəmi dolandırırdım. Xəstələndiyim üçün müalicə almalı oldum və həmin kombaynı ərizə yazdırıb məndən təhvil aldılar. Müalicə olunub sağalıb işə qayıtmaq istəyəndə isə mənə məlum oldu ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər. Hansı ki, həmin kombaynı mən özüm işlətməliyəm, təmirinə pul xərcləmişəm.

Mən 1984-cü il tarixdən kombayn sürürəm. Peşəkar kombayn sürücüsüyəm, pambıq, taxıl yığımında yüksək göstəricilərə nail olmuşam. İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ucar "Aqroservis"-dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirəm”.

Şikayətçinin sözlərinə görə, "Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovun qanunsuz əməlləri barədə əvvəllər şikayət etdiyi üçün onunla prinsip və qərəzçilik aparırlar.

“Mənim xəstələnməyimdən, müalicəyə getməyimdən və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənim istifadəmdə olan kombaynı əlimdən qanunsuz yolla alıb başqasına verib. Hansı ki, hazırda taxıl biçini mövsümü başlayıb. Aqşin Məmmədov bunu etməklə mənim ailəmi çörəksiz, işsiz qoyub.  Alın tərim, zəhmətimlə işləyib çörəyimi qazanmağa imkan vermirlər.

Yeganə oğlum Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğurunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin 708  saylı hərbi hissənin tərkibində qəhrəmancasına vuruşub. Mən buna görə fəxr edirəm.

Biz vətəni, əməyi sevən zəhmətkeş insanlarıq. Torpağı qorumağa mənim oğlum kimi qəhrəmanlar getməlidir, dövlətin vəsaitini isə Aqşin Məmmədov kimi neqativ ünsürlər talan etməlidir”.

Behbud Əhmədov onu da vurğulayıb ki, Aqşin Məmmədov ona ironiya ilə deyir ki, hara şikayət etsən də, baxılması üçün bizə göndərəcəklər və bunun heç bir mənası olmayacaq.

“Qeyd edim ki, Prezident Cənab İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün mütərəqqi sərəncamlar imzalayır, nazir cənab İnam Kərimov isə həmin sərəncamaların icrası üçün əlindən gələni edir. Ancaq Aqşin Məmmədov kimi yarıtmazlar öz şəxsi mənafeyinə görə kənd təsərrüfatına küllü miqdarda ziyanlar vurur. Onun fəaliyyəti obyektiv araşdırılarsa, bu fakt təsdiqini tapacaq. Zərurət var ki, Aqşin Məmmədovun iş fəaliyyəti obyektiv təftiş edilib qanuni tədbirlər görülsün.

Mətbuat vasitəsilə Cənab Prezident İlham Əliyevdən və Kənd Təsərrüfatı Naziri Cənab İnam Kərimovdan xahiş edirəm şikayət ərizəmi mənim iştirakımla yerində obyektiv araşdırıb mənə qarşı qanunsuzluq etmiş "Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri  Aqşin Məmmədovun fəaliyyətini obyektiv təftiş edib, barəsində ciddi tədbirlər görəsiniz və əlimdən qanunsuz yolla alınmış kombaynımın özümə qaytarılmasını təmin edəsiniz”,- deyə şikayətçi yazır.

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir neçə ildir ki, taxıl biçinində iştirak etmək üçün Ucar rayonunun Şilyan kənd sakini Behbud Abbas oğlu Əhmədova operativ lizinq müqaviləsi əsasında taxılyığan kombayn istifadəyə verilir.

“Behbud Əhmədovun Cəmiyyətlə bağladığı müqavilələr üzrə 2019-cu ildə 2000 manat və 2020-ci ildə 3500 manat məbləğində borc öhdəyinin qalmasına baxmayaraq, oğlunun ikinci Qarabağ müharibəsi iştirakçısı olması nəzərə alınaraq, ona qarşı heç bir hüquqi tədbir görülməmiş, məhkəməyə müraciət edilməmiş və istifadə etdiyi taxılyığan Sampo SR 2045 kombayn ona yenidən istifadə üçün təklif edilib.

Belə ki, cari ildə biçinə hazırlıqla bağlı bütün kombaynlar öncədən onları idarə etmiş mexanizatorlara, o cümlədən Behbud Əhmədova təklif edilmiş və 2021-ci ilin 01 may tarixinədək müqavilə bağlamadığı təqdirdə, taxılyığan kombaynın başqa mexanizatorun müvəqqəti istifadəsinə veriləcəyi barədə ona yazılı xəbərdarlıq edilib. Vətəndaş xəbərdarlıq məktubunu qəbul edib və hazırda xəstə olduğunu, 15 gün ərzində müalicəsi başa çatarsa, kombaynı istifadəyə götürəcəyini bildirib”.

Aytəkin Məmmədovanın sözlərinə görə, “Aqroservis” ASC tərəfindən həmin müddət gözlənilib və vətəndaşdan kombaynın istifadəyə verilməsinə dair heç bir müraciəti daxil olmadığını nəzərə alaraq, məhsul yığımı yaxınlaşdığı üçün kombaynda təmir işlərinin aparılması, biçinə hazırlanması məqsədilə kombayn 2021-ci ilin 16 may tarixində operativ lizinq müqaviləsi əsasında başqa mexanizatorun müvəqqəti istifadəsinə verilib.

“Behbud Əhmədov növbəti ildə biçinlə bağlı kombaynla təmin olunması üçün müraciət edə və qanunamüvafiq qaydada onun müraciətinə baxılaraq kombaynla təmin oluna bilər”.

Leyla Mirzə

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »