Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qohumunun evindən oğurluq edən yeniyetmə saxlanılıb
Oğurluq  - oğuru

Göyçay şəhər sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandığını bildirilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin yaxın qohumu olan bir yeniyetmə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs oğurluq yolu ilə ələ keçirdiklərini rayon ərazisində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan ayrı-ayrı mağazalara satıb, əldə etdiyi pulu isə müxtəlif əyləncələrə xərcləyib. Onun satdığı qızılların bir qismi həmin mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »