Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir - Video
Vaksinasiya kampaniyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir. Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə — vaksinasiyaya yönəltməkdir.

Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

Bizimyol.info xəbər verir ki, kampaniya çərçivəsində işıq üzü görən növbəti videoçarx ümumilikdə əyləncə və ona aparan “yol” haqqındadır. Paytaxtda sakinlərin hərəkətini təmin edən ən önəmli nəqliyyat vasitələrindən biri metronun uzun müddət işləməməsi insanlara həm maddi, həm də mənəvi çətinliklər yaşatmışdır. Eləcə də iri ticarət obyektləri, kinoteatrlar, uşaq əyləncə mərkəzlərinin bağlı qalması da mənəvi və maddi təsirlərini göstərmişdir.

Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki — darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.

Bizimyol.info

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »