Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gecələr “kəllə-çarxa vuran” benzin qiymətləri: “Bu, məntiqsizlikdir”
Benzin - yanacaq

Bu gün gecə saatlarında Azərbaycanda benzinin qiyməti yenidən artırılıb. Belə ki, “Aİ-95” premium markalı benzinin qiyməti 1.25 AZN-dən 1.40 AZN-ə, Aİ-98 benzininin qiyməti isə 15 qəpik artaraq 1,55 manata yüksəlib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov benzinin qiymətinin bahalaşması ilə bağlı açıqlaması zamanı bildirib ki, “Aİ-95” və “Aİ-98” markalı benzinlər ölkəyə idxal olunduğuna görə onların qiyməti dünya bazarlarından asılıdır və dünya bazarlarında hansı qiymət olarsa, Azərbaycanda da qiymət o şəkildə tənzimlənir.

Ölkə daxilində istehsal edilən benzinin gələcəkdə qiymətinin qalxıb-qalxmaması məsələsinə gəlincə isə İ.Əhmədov qeyd edib ki, hazırda ölkədə istehsal olunan benzinin qiyməti sabitdir: “SOCAR" istehsalçı şirkətdir, həm də satıcılardan biridir. Bizim işimizi dövlətin müvafiq qurumları tənzimləyir və qiyməti də onlar müəyyən edirlər. Bəzi ölkələrdə tənzimləməni bazarın öhdəsinə buraxıblar. Azərbaycanda isə qiymətləri Tarif Şurası müəyyən edir”.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, əgər bazar iqtisadiyyatı şəraitində tənzimlənsə idi, qiymətlər müxtəlif olmalı idi.

Natiq Cəfərli Natiq Cəfərli

“”Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Yəni, Tarif Şurasına aidiyyatı yoxdur. Rəsmi açıqlamalara görə, bu, bazar tərəfindən tənzimlənən qiymətlər olmalı idi. Bazarın özü qiymətləri müəyyənləşdirməli idi. Benzinin ölkəyə gətirilməsində SOCAR yeganə inhisarçıdır. Bu səbəbdən də qiymətlərin diktə edilmə oluğunun şahidi oluruq. Bazarda çoxsaylı oyunçular, rəqabət mühiti olsaydı, başqa şirkətlərin də həmin markalı benzinin ölkəyə gətirilməsinə imkanı olsaydı, belə şərait yaranmazdı. İndi ancaq SOCAR-ın şirkətləri bu işlə məşğuldur və diktə edirlər. Bu məntiqsizlikdir. Əgər bazar iqtisadiyyatı şəraitində tənzimlənsə idi, qiymətlər müxtəlif olmalı idi və bu halda hər bir yanacaqdoldurma stansiyasında müxtəlif qiymətlərin olmasının şahidi olardıq. Gördüyümüz odur ki, bazar tərəfindən tənzimləndiyi və dünya bazarına bağlı olduğu deyilir, amma faktiki olaraq inhisarda olduğu və bu şərtlərlə diktə olunmasının şahidi oluruq”.

Qeyd edək ki, adətən, hökumət premiun benzinin az istehlak olunduğunu deyir. Reallıqda isə son illər Aİ-92 benzin faktiki olaraq yararsız olduğuna görə, bir çox sürücüər məcburən Aİ-95 benzininə keçməli olublar. Həmçinin hazırda ən çox avtomobil idxalı ABŞ-dan həyata keçirilir. Orada qəza görmüş maşınlar ucuz qiymətə alınır və Azərbaycana gətirilir. O maşınlar da yalnız Aİ-95 benzinlə işləyir və hətta bu benzinin də keyfiyyəti o maşınların tələblərinə cavab vermir.

Leyla Mirzə

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »