Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın hərbi gəmisi göyərtədə baş verən partlayışdan sonra batıb
Batan Gəmi

İran Hərbi Dəniz qüvvələrinin Oman körfəzində üzən gəmisi göyərtədə baş vermiş partlayış və yanğının ardınca batıb. Heyət üzvləri evakuasiya edilib. Bəzi ərəb mənbələri gəmiyə naməlum pilotsuz uçan aparatın hücum etdiyini bildirir.

İranın “Fars” agentliyinin məlumatında deyilir ki, gəmi təlim missiyası ilə Oman körfəzində üzürdü, amma göyərtədə partlayış baş verib. İran Müdafiə Nazirliyinin nümayəndələri partlayışın xarakteri barədə məlumat vermirlər, amma ərəb KİV-lərinin bildirdiyinə görə, partlayış kifayət qədər güclü olub və gəmi ciddi zədə alıb. Heyət və göyərtədədiklər təcili evakuasiya olunub.

“Mehr” agentliyinin məlumatında isə deyilir ki, göyərtəsində kursantlar olan “Khark” adlı gəmi bir neçə gün əvvəl beynəlxalq sulara göndərilib. Ötən gün gəminin “sistemlərindən birində” yanğın başlayıb və onu söndürmək mümkün olmayıb. Heyət və kursantlar yaxınlıqdakı Cask limanına evakuasiya ediliblər. Gəmi isə batıb.

Qeyd edək ki, son illər İran gəmilərinə beynəlxalq sularda bir sıra diversiya hücumları həyata keçirilib. Bu hücumların arxasında İsrailin dayandığı təxmin edilir. Məqsəd İran neftinin sanksiyalardan yayındırılmaqla ixracını əngəlləməkdir.(virtualaz.org)

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »