Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gədəbəydə qoca qadını tövlədə zəncirdə saxlayırlar - Video
Gədəbəydə qoca qadını tövlədə zəncirdə saxlayırlar - Video

“3 gün öncə ahıl bir qadının şiddət görməsi ilə bağlı yazı paylaşmışdım. Aidiyyatı qurumları xəbərdar etmişdim. Həmin qurumlardan da əlaqə saxlamamı,qadın haqqında məlumatları onlara verməyimi bildirəndə dərhal göndərdim.

Harda yaşayır, kim ona işgəncə verir, vəziyyəti barədə bildiklərimi göndərdim. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərəcəyik araşdıracaqlar.Lakin araşdırmaların nəticəsi biabırçılıq oldu”.

Bu fikirləri hüquq müdafiəçisi Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. O Gədəbəyin İvanovka kəndində yaşayan Səkinə adlı qadına Qəzənfər adlı şəxs tərəfindən qul işgəncəsi verilməsi barədə məlumat yayıb.

Kəmalə Ağazadə Kəmalə Ağazadə

Səkinə xala Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır. Dəfələrlə qadınla bağlı kənd camaatının müdaxiləsi də olub,amma Qəzənfərə kimsənin gücü çatmayıb. Kəmalə Ağazadənin səsinə səs verib əlaqədar qurumları Səkinə xanımın probleminə diqqət etməyə çağırırıq. Ola bilsin ki qadının ruhi problemləri var və Qəzənfər ona baxmağının müqabilində pensiyasına əl qolyduğunu söyləyir, özünü haqlı çıxarır. Lakin bu kimi hallarda dövlət irəli durmalı baxıma möhtac insan qocalar evinə yerləşdirilməlidir.

Son xəbərlər
Bütün xəbərlər »