Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Avropa İttifaqının Belarusa qarşı sanksiyalarını dəstəklədi
Avropa İttifaqı

“Belarusdakı təyyarə hadisəsi ilə bağlı Avropa İttifaqının mövqeyini və elan etdiyi sanksiyaları dəstəkləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri iclasından sonra mətbuata açıqlamasında deyib.

“Şimali Atlantika Alyansı Şurası bir NATO paytaxtı olan Afinadan digər bir NATO paytaxtı Vilnüsə gedən sərnişin təyyarəsinin enməyə məcbur edilməsini şiddətlə qınayan güclü bir bəyanat qəbul etdi.

Müttəfiqlər beynəlxalq mülki aviasiya qaydalarını və insan hüquqlarını pozan bu hadisə ilə bağlı istintaq başladılmasına çağırış edib.

NATO ölkələri xüsusən məcburi enişdən sonra saxlanılan belaruslu jurnalist və onun dostunun azad olunmasını tələb edib”, - baş katib vurğulayıb.

“NATO ölkələrinin xüsusən Aİ ölkələri tərəfindən qəbul edilən sanksiya və tədbirləri tətbiq etmələrini məmnuniyyətlə qarşılayıram”, - Stoltenberq əlavə edib.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »