Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov İtaliyanın yeni səfiri ilə görüşüb
Ceyhun Bayramov

2021-ci ilin 1 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Klaudio Taffurini qəbul etdi.

XİN-dən APA-ya verilən xəbərə görə, İtaliya səfiri Klaudio Taffuri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim etdi. Nazir Ceyhun Bayramov Klaudio Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd etdi və yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə etdi. Nazir, həmçinin səfir Klaudio Taffuriyə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verdi. Nazir, Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının, o cümlədən sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğuladı. Səfir Klaudio Taffuri ikitərəfli münasibətlərinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd etdi. Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ümumi fikir mübadiləsi apardı.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »