Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gigiyena və Epidemiologiya Mərkəzi əhalini qeyri-rəsmi çimərliklərdən istifadə etməməyə çağırıb
ziyeddin

“Ölkənin şimal və cənub zonalarında vətəndaşların səmərəli istirahəti üçün çimərlik əraziləri mövcuddur”.

APA-nın məlumatına görə, bunu Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib. O bildirib ki, həmin ərazilərdə hazırda monitorinqlər aparılır: “Yəqin ki, yaxın vaxtlarda nəticələr elan ediləcək”.

O qeyd edib ki, bir sıra yaşayış məntəqələrinin ərazisində çimərlik kimi istifadə olunan sahələr mövcuddur: “Məsələn, buna nümunə kimi Mingəçevir şəhəri və onun ərazisində çimərlikləri göstərə bilərik. Bundan başqa, Kür çayı ətrafındakı yaşayış zonalarından vətəndaşlar çimərlik kimi istifadə edirlər. İlk növbədə həmin ərazilərin relyefi, quruluşunun çimərlik sahəsinə uyğun olub-olmaması dəqiqləşməlidir. Bu ərazilər rəsmi surətdə çimərlik kimi qeyd olunmalıdır. Vətəndaşların respublikanın ayrı-ayrı ərazilərində belə göllər və çaylardan istifadə etməsi bir sıra xoşagəlməz halların və bədbəxt hadisələrin olmasına gətirib çıxarır. Vətəndaşların belə yerlərdən istifadə etməməsi məqsədəuyğundur”.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »