Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada deportasiya qərarı almış azərbaycanlı damarlarını doğrayıb
Berlin, Almaniya

Almaniya azərbaycanlı miqrantların dəstə-dəstə deportasiyasını davam etdirir. Mayın 31-də gecə saatlarında Münhen şəhərindən Azərbaycana növbəti təyyarə göndərilib. Daha 42 azərbaycanlı deportasiya olunub.

Bizimyol.info xəbər verir ki, Almaniyada deportasiya qərarı almış azərbaycanlı damarlarını doğrayıb. İlkin Ələkbərov miqrasiya xidməti və polis əməkdaşlarının ona yaxınlaşmasına imkan verməyib, ülgüclə özünə xəsarət yetirib. Dövlət orqanlarının nümayəndələri onu təcili xəstəxanaya çatdırıb. Azərbaycanlının vəziyyətinin orta-ağır olduğu bildirilir. Bundan sonra miqrasiya xidmətinin İlkin Ələkbərovun deportasiyasını təxirə saldığı xəbəri gəlsə də, iyunun 1-də onun vətənə qaytarılması haqda məlumat yayılıb.

Hələ martın 31-də 31 azərbaycanlının deportasiyası barədə xəbər çıxmışdı. Hərçənd, miqrasiya məsələləri üzrə hüquq müdafiəçisi Əlövsət Əliyev sayın bundan iki dəfə çox olduğunu söyləyir. Onun dediyinə görə, martın axırında 62 azərbaycanlı deportasiya olunub. Aprelin 28-də isə 52 Azərbaycan vətəndaşının vətənə qaytarıldığı dəqiqdir. Pandemiya dövründə deportasiya olunan azərbaycanlıların ümumi sayı 150-dən az deyil.

Sosial şəbəkələrdə Almaniyaya sığınmış azərbaycanlıların yazdıqlarından belə məlum olur ki, Avropa ölkəsi prosesi xeyli sürətləndirmək qərarına gəlib. Azərbaycandan olan bir çox miqrantlara deportasiya olunacağı ilə bağlı xəbərdarlıq edilib. Almaniyada siyasi sığınacaq almağa ümid edən xeyli azərbaycanlı Fransaya üz tutmaq yolunu seçir. Əlövsət Əliyev son bir ayda 37 nəfərin bu varianta üstünlük verdiyini bildirib.

Deportasiya qərarına görə Azərbaycan vətəndaşının Almaniyada özünə qəsd etmək cəhdinə birinci dəfə rast gəlinmir. Hələ 2019-cu ildə Sumqayıt sakini Emil Bağırov Hermeskayl şəhərinin sosial təminat idarəsində mübahisədən sonra özünü yandırmışdı. Bundan bir az sonra İbbenbüren şəhərində Hüseyn adlı şəxs ölkəyə qaytarılmamaq üçün hər iki qolunun damarlarını kəsmişdi. Deggendorfda yaşayan Humay Məmmədovanın intihar cəhdi isə faciə ilə nəticələnmişdi. Yüksək dozada dərman qəbul edən qadın 15 gün xəstəxanada yatsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »