Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çimərliklərin monitorinqinin yekun nəticələri açıqlanacaq
Daha dörd qəsəbənin çirkabı da Xəzərə axırmış - Video

“Biz nəinki çimərlik mövsümündə, ilboyu Xəzər dənizinin sahil zolağından başlayaraq monitorinqlər həyata keçiririk”.

Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.

O bildirib ki, çimərlik mövsümü ilə bağlı monitorinqləri may ayından başlayıb: “Monitorinqlərdə məqsədimiz Xəzər dənizinin Bakı, Abşeron, Sumqayıt ərazisindəki çimərliklərdə dəniz suyunun keyfiyyətinin müəyyən olunmasıdır. Monitorinqlərin intervalı mövsümlə əlaqədar hər iki həftədən və ya 15 gündən bir keçirilir. İlkin olaraq hansı çimərliklərin yararlı olduğunu bilirik, amma monitorinqlər yekunlaşmadığı üçün hamısını açıqlaya bilməyəcəyik”.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə deyib ki, insanlar arasında yoluxucu, kəskin mədə-bağırsaq xəstəliklərinin baş verməməsi məqsədilə dəniz suyunun laborator müayinələrini həyata keçirilir: “İlk növbədə dəniz suyunun fiziki, kimyəvi göstəricilərini, bakteroloji, toksikoloji və radioloji göstəricilərini araşdırırıq. Sahilyanı zolaqlarda qum örtüyünün laborator müayinələrini aparırıq. Bu tədqiqatlar mayın 25-dən başlayıb və indi də davam etdirilir. Yaxın 5-10 gündə bütün tədqiqatların yekun nəticələri barədə məlumat verəcəyik”.

O qeyd edib ki, 2021-ci ilə qədər verilən qərara əsasən, Qaradağda Sahil, Səbaildə Şıx çimərliyi, Suraxanıda Hövsan, Xəzər rayonunda Türkan çimərlikləri daim çirklənməyə məruz qaldığına görə vətəndaşların çimməyi müvəqqəti qadağan olunmuşdu.

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »