Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidlərimizin əmanətləri 1 iyunda unudulmadı - “Biz Zəfərin övladlarıyıq"
Təhsil Nazirliyi və

Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bütün uşaqlar özəl və gözəldir onları daim diqqətdə saxlamaq lazımdır. Ölkəmizdə hər il 1 iyun tarixində uşaqlar üçün müxtəlif tədbirlər, konsertlər, aksiyalar keçirilir. Bu il isə hər ilkilərdən fərqli formada qeyd olunub. Uşaqların Beynəlxalq Müdafiəsi günündə bizi müdadiə etmək üçün canlarından keçən Vətən Müharibəsi şəhidlərinin əmanətləri Təhsil Nazirliyi tərəfindən unudulmayıb. Balaca fidan balaların təhsil naziri ilə maraqlı görüşü təşkil olunub.

Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Biz Zəfərin övladlarıyıq" adlı tədbirdə 50-ə yaxın şəhid övladı qatılıb. Bölgələrdən olan şəhid övladları görüşə “Zoom” platforması üzərindən onlayn qatılıblar. Uşaqları təbrik edən təhsil naziri hər zaman dövlət səviyyəsində onlara göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Nazir uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Təhsil naziri həmçinin 44 günlük Vətən Müharibəsi zamanı şəhid olan şagirdlərimizi anıb. Vətən müharibəsində qazanılan zəfərdə təhsil işçilərinin də rolunu vurğulayan Emin Əmrullayev şəhidlərimizi dərin ehtiramla yad edib, qazi və əsgərlərimizə cansağlığı arzulayıb.

Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Biz Zəfərin övladlarıyıq" adlı tədbir

Bu cür diqqətcil addımları görmək çox qürurvericidir. Rahat uyu şəhidim əmanətin baş tacımızdır!

Leyla Mirzə

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »