Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda "YouTube" istifadəçilərinin fəallığı kəskin artıb
Youtube

Bu ilin may ayında Azərbaycanda "YouTube" istifadəçilərinin fəallığı aprel ayı ilə müqayisədə 12,5 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, iyunun 1-nə "YouTube"un Azərbaycanın sosial media bazarında payı 41,9% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 23,3 faiz bəndi çoxdur. Populyarlığına görə "YouTube" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı may ayı ərzində 2 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin iyun ayının 1-nə 18,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12,8 faiz bəndi çoxdur.

Bu ilin may ayı ərzində ölkə üzrə "Facebook" şəbəkəsinin istifadəçilərinin fəallığı 2,2 faiz bəndi artıb. İyunun 1-nə olan məlumata görə, "Facebook" Azərbaycanın sosial media bazarında 16,9% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Pinterest" – 11,89, "Twitter" – 8,32, "Tumblr" – 1,35%, "VKontakte" – 0,6% və s.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »