Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və Rusiya arasında qarşıdurmanın növbəti raundu başlayır
Co Bayden və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putn ABŞ lideri Co Baydenə qiyabi qalib gəldi. Bu fikirləri “The American Spectator” nəşri dərc edib.

Müəllif tanınmış jurnalist Ced Babbin qeyd edib ki, iki liderin görüşünün təşkilində məqsəd ikitərəfli əlaqələrin proqnozlaşdırıla bilən olmasının bərpasıdır. O qeyd edib ki, bu görüşə artıq ehtiyac qalmayb. Putin öz məqsədinə çatıb və daha əlverişli mövqedə qərarlaşa bilib.

O həmçinin qeyd edib ki, Bayden kəskin sualların bir çoxundan güzəştlə yayınacaq ki, münasibətlərdəki stabillik pozulmasın. Onun fikrinə görə, Bayden hələ görüş başlamadan güzəştə gedib.

“Bayden dəfələrlə Rusiyanı təhdid edib ki, qarşı tərəfin özünü təcavüzkar aparacağı halda lazımi tədbirlər görəcək. Lakin Ukraynada vəziyyət gərginləşdikdən sonra Rusiyaya qarşı heç bir sanksiya tətbiq edilmədi. Kiyevə sarsılmaz dəstək anlayışı yalnız sözdə mövcuddur”

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqların təfərrüatı hələ razılaşdırılmalıdır. ABŞ tərəfi isə liderlərin bütün aktual məsələlər barədə fikir mübadiləsi aparacağını bəyan edib.

ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşü Rusiya-ABŞ arasında münasibətlərin kəskinləşməsi dönəminə təsadüf edir və bu kəskinləşmədə Baydenin Putini “qatil” adlandırması da rol oynadı.

Hazırda hər iki tərəf səfirlərini geri çağırıb, diplomatik korpuslarından müəyyən diplomatları deportasiya ediblər və Moskva və Vaşinqton arasında əlaqələrin düzəlməsi mümkün görünməsə də, kontaktların olması vacibdir, çünki hər iki ölkənin mövqeyi birbaşa beynəlxalq münasibətlər sisteminə çox ciddi təsir edir. Amma bir sıra ekspertlər bu görüşdən hər hansı bir ciddi nəticələr gözləmirlər.

Dünyanın bu iki supergücü hazırda psixoloji güləş vəziyyətindədir və onların qarşıdurması Çin və Avropa amillərinə də təsir edir. Onlar da hərəkətlərini və baxışlarını məhz Amerika, Rusiya oxu ilə tənzimləyirlər.

2 gün öncə Bayden Vladimir Putinlə görüşündə Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldırmaq niyyətində olduğunu açıqlayıb.

"Mən ona bu hüquqları pozmasına imkan verəcək mövqedə dayanmayacağımızı anladacağam",- deyə o bildirib. Putin isə öz növbəsində “qırmızı xəttinin olduğunu” və bu çərçivəni aşmağa icazə verməyəcəyini bildirmişdi.

ABŞ və Rusiya prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək. Dövlət başçılarının strateji sabitlik, qlobal səhiyyə böhranı ilə mübarizə, beynəlxalq çağırış və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »