Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq bağçası, yoxsa talançılıq yuvası…
Bakı Şəhəri İcra Hakimiyyəti Binası

Uşaqlarını dövlət bağçalarına qoymaq üçün müraciət edən bütün valideynlər bilir ki, bunun da öz “haqqı” var. Belə ki, özəl bağçalara gücü çatmayan və ümidini dövlət bağçasına bağlayan valideynlərin üzləşdiyi mənzərə eynidir.

Bağça rəhbərləri heç nədən çəkinmədən, açıq-aşkar olaraq uşağı qəbul etmək üçün 200-400 manat aralığında pul tələb edirlər. Bu azmış kimi, “aylıq ödəniş” məbləği də təyin edirlər. Lakin bu “rüsum”ların kim tərəfindən müəyyən edildiyi hamıya sirr olaraq qalır.

Bu gün şəxsən özüm də bu mənzərə ilə qarşılaşdım. Bakı şəhəri ərazisində yerləşən bir neçə bağçaya müraciət etdim və fərqli rəqəmlərlə rastlaşdım. Uşağı qəbul etmək üçün 200-400 manat tələb edən bağçaların vəziyyəti o qədər bərbad idi ki, başa düşmək olmurdu yığılan pullar hara xərclənir və bu vəziyyətdə olan bağça üçün bu rəqəmlər həddindən artıq şişirdilməyibmi?

Ailəsinin xərclərini qarşılamaq üçün az məbləğə işləyən, uşağını etibar edəcək adamı olmayan valideynlər təbii ki, borcla-xərclə də olsa, həmin “haqq”ı ödəyir və övladını o bərbad vəziyyətdə olan bağçalara yollayır. Dövlətin bağçasını bu cür bazara çevirənlər isə uzun illərdir ki, ciblərini doldurmaqda davam edirlər və buna "dur" deyən tapılmır.

Təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya açıqlaması zamanı bildirdi ki, bunun birbaşa məsuliyyəti Başı Şəhər İcra Hakimiyyətinin üzərindədir.

Elçin Əfəndi Elçin Əfəndi

“Azərbaycanda fəaliyyət göstərən dövlət bağçaları tamamilə diqqətdən kənarda qalıb. Bunun səbəbi ondadır ki, bütün bağçalar yerli İcra Hakimiyyətlərinin tabeçiliyinə verilib. Bu məsələlərin həllini tapması üçün ən optimal yol bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarmaqdır. Təhsil Nazirliyi nəzarət etmədiyi üçün bu cür hallar uzun illərdir davam etməkdədir. Təhsil bağçadan məktəbə qədər vahid bir yerdən idarə olunmalıdır.

Dövlət büdcəsindən ayrılan vəsaitin cüzi hissəsi uşaqlara istifadə olunur. Şagirdlərə verilən qidalar keyfiyyətsizdir və bu səbədən də valideynlər uşaqları bağçaya aparanda çantasına evdən yemək qoyur. Azərbaycanda fəaliyyət göstərən bağçaların rəhbərliyi və idarəçiliyi tam ixtisaslı kadrlar tərəfindən həyata keçirilmir. Uzun illərdir ki, Azərbaycanda sovetlər dövründən qalma vasitələrdən istifadə olunur”,- deyə ekspert bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »