Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vəzifəli şəxslər məni ölümlə hədələyir”
Zaur Mikayılov

Redaksiyamıza Ucar rayon sakini Şirinov Raqif Ayaz oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra onu ölümlə hədələtdirir və nalayiq söyüşlərlə təhqir etdirir.

“Belə ki, Həsən Qasımovun barəsində video və fotofaktlarla şikayət etdikdən sonra 29 may 2021-ci il tarixdə onun kürəkəni "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu mənə dəfələrlə zəng edib ölümlə hədələyib və nalayiq şəkildə söyüb təhqir edib. Əlimdə bunu təsdiq edən səs yazısı var.

Mən bu barədə 102 xidmətinə zəng edib məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabit əməkdaşı mənim izahatımı aldı. Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi. Zaur Səlimov məni və polis zabitini nalayiq söyüşlərlə təhqir etdi. Həmçinin Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun oğlu Ucar Melioraservizdə mühəndis işləyən Nicat Qasımov da mənə dəfələrlə zəng edib ölümlə hədələyib, nalayiq söyüşlərlə təhqir edib. Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov və onun harınlamış ailə üzvləri dövlət qanunlarını saya salmırlar. Onlar dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan edib, cəzasız qaldıqları üçün isə azğınlaşıblar”.

Şirinov Raqif Ayaz oğlunun sözlərinə görə, buna səbəb 25 may 2021-ci il tarixdə video faktlarla Həsən Qasımovun korrupsiya əməllərini ifşa etməsidir.

“Belə ki, 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları videolentə almışam. Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır. Videoda görünən yonca otu idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır. Təqdim etdiyim fotoda idarəyə məxsus, üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib. Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib yonca əkib. Bu korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir”.

Şikayətçi vurğulayıb ki, Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora otbiçən, bağlayan, dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir və ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır.

“Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Həsən Qasımov uzun illərdir bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur. Şirə kanalları lildən, kol-kosdan, qamışdan təmizlənmir deyə rayon torpaqları daha da şoranlaşıb. Bütün işlər sənədlər üzərində saxtalaşdırılmaqla aparılır.

Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm, şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan, məni ölümlə hədələyən və nalayiq sözlərlə söyüb təhqir edən Həsən Qasımovun, onun ailə üzvüləri - oğlu Nicat Qasımovun və kürəkəni Səlimov Zaur Qurban oğlunun barəsində tədbirlər görülməsinə tapşırıq verilsin. Qeyd edim ki, adı çəkilən hər üç adam vəzifəli şəxslərdir”.

Məsələ ilə bağlı Ucar rayon Meliorasiya İdarəsi ilə əlaqə saxladıq. Həsən Qasımovun köməkçisi Sevil Məmmədova Bizimyol.info-ya açıqlaması zamanı bildirdi ki, həmin şəxs əsassız olaraq bu məlumatları yayır.

“Həmin şəxs bir müddət əvvəl bizdən iş istəyirdi. Lakin idarədə vakansiya olmadığı üçün onu işlə təmin edə bilmədik. O vaxtdan bəri ağlına gələn ittihamlar irəli sürməyə başlayıb.

Melorasiya İdarəsinin maşınların istifadəyə gəldikdə isə onu deyə bilərəm ki, əgər maşın lazımdırsa, gedib qonşu rayondan maşın gətirməlidir? Əgər işlədirsə, yəqin ki, işlətdiyi müddətin haqqını ödəyir.

Bizim maşınlar kəndlərdə, şikayəti olan ərazilərdə işləyirlər. Həmçinin Həsən Qasımov da onlardan biri”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »