Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində quş qripinin yeni növü qeydə alınıb
Quşçuluq - toyuq

Çində H10N3 quş qripi ştammına yoluxma faktı qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Virus Szyansu əyalətində yaşayan 41 yaşlı kişidə aşkarlanıb. Pasiyentdə ilk simptomlar 23 apreldə yüksək hərarətlə başlayıb. 5 gün sonra isə o, yerli xəstəxanaların birinə yerləşdirilib. Çinin Yoluxucu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi mayın 28-də sözügedən pasiyentdən götürülmüş nümunələrin genlərinin analizini həyata keçirib. Analiz nəticələri virusun quş qripinin H10N3 ştammı olduğunu göstərib.

Virusun genetik analizinə görə, bu quşlar arasında yayılan infeksiyadır və insanlara təsirli şəkildə yoluxa bilməz. Bununla belə xəstə ilə yaxın təmasda olan hər kəs həkim nəzarəti altına alınıb. Hazırda yoluxmuş şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir və onun xəstəxanadan buraxılacağı gözlənilir.

Qeyd edək ki, bu,Çində H10N3 ştammının insana yoluxmasına dair ilk faktdır. Bundan əlavə, quşlar arasında bu ştamm nisbətən az patogen hesab olunur. Mütəxəssislər virusa yoluxmamaq üçün xəstəlikdən ölən quşlarla təmas qurmamağı, mümkün qədər canlı quşlarla da təmasdan çəkinməyi tövsiyə ediblər.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »