Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Pandemiya dönəmində İlham Əliyev tərəfindən qlobal əhəmiyyətli təşəbbüslər irəli sürülüb”
İlham Əliyev

"XX əsrin üçüncü onilliyində bəşəriyyət olduqca mürəkkəb situasiyanın fonunda yeni qlobal çağırışla üzləşib. Daha dəqiq desək, yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılaraq ölkələri cənginə alması ciddi qlobal problemlərin və qeyri-müəyyənliyin meydana çıxmasına səbəb olub. Bir çox inkişaf etmiş dövlət səhiyyə böhranı və sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Ona görə də pandemiya şəraitində qlobal təşəbbüslərin irəli sürülməsi, səylərin birləşdirilməsi ehtiyacı meydana çıxıb”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli Nurlan Qələndərli

Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər ölkəmizdə vəziyyəti nəzarət altında saxlamağa imkan verib. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Politoloq qeyd edib ki, koronavirus pandemiyasının müşahidə edildiyi dönəmdə Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər irəli sürülüb, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb: “Dövlət başçısı Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı "Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir",-deyə bildirdi. Ümumiyyətlə, ölkəmizin mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşünün, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19 ilə mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi də bu kontekstdə müstəsna əhəmiyyətə malikdir. Heç şübhəsiz, Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərlə çıxış etməsi qlobal strateji önəm daşıyır. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi sosial və maddi problemlərlə üzləşmiş ölkələrə əl uzatması, 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi, beynəlxalq təşkilatlara, o cümlədən ÜST-ə 10 milyon dollar məbləğində könüllü ianə verməsi və digər faktlar xüsusi qeyd edilməlidir. Bütün bunlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bütövlükdə, koronavirus pandemiyası ilə mübarizənin Azərbaycan nümunəsi cəlbedici və spesifik model kimi beynəlxalq arenada diqqət mərkəzində saxlanılır”.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »