Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin komitələrinin iclasları başlayır
Milli Məclis

Milli Məclisin bu ay keçiriləcək növbədənkənar sessiyasının komitə iclasları başlayır.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin Elm və təhsil komitəsinin iyunun 3-də keçiriləcək iclasının gündəliyinə iki məsələ daxildir.

Toplatıda əvvəlcə Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı müzakirəyə çıxarılacaq. Daha sonra isə deputatlar “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihələrini (birinci oxunuş) müzakirə edəcəklər.

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »