Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 2 iyun, 2021 – Faydalı əlaqələr qura bilərsiniz
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 2 iyun, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

İşlərinizi təxirə salmasanız, daha yaxşı olar: günün birinci yarısı ikinci hissəsindən daha asan və əlverişli olacaq. Həm tanış, həm də tamamilə yeni olan mürəkkəb problemləri həll etmək üçün uyğun saatlardır. Bir çox insanlar lazımlı məlumatları daha yaxşı mənimsəyəcəklər, yeni bir şey öyrənəcəklər və faydalı əlaqələr quracaqlar.

Günün ikinci yarısında müsbət tendensiyaların təsiri bir qədər azalacaq. Bu, xüsusilə işgüzar sahədə nəzərə çarpacaq. Səbrli olmağa dəyər, çünki istədiyiniz nəticəni dərhal əldə etmək həmişə mümkün deyil. Ancaq yaxınlarınızla yaxşı bir istirahət və xoş ünsiyyətə mane ola biləcək heç nə yoxdur.

Qoç - Bir çox sahədə yaxşı nəticələr alacaqsını, çox vaxt demək olar ki, heç bir səy göstərmədən uğur qazana bilərsiniz. İndi tamamilə yeni bir hədəfə də köklənmək olar. Yaxşı şəkildə necə hərəkət edəcəyinizi, hansı yolun hədəfə aparacağını başa düşəcəksiniz. Bəzi vacib “kəşf”lər mümkündür. Gün yeni məlumatları təhlil etmək üçün yaxşıdır.

Xoş tanışlıqlar, tezliklə dost olacağınız insanlarla görüşlər gözlənilir. Bir çoxlarında xoş təəssürat yaratmağı bacaracaqsınız. Xarixmanız bu məsələdə kömək edəcək.

Buğa - Diqqətinizi öz işlərinizə yönəltmək, başladıqlarınızı sona çatdırmaq çətin olacaq. Birincisi, ətrafınızda çox maraqlı hadisələr baş verəcək, ikincisi, köməyə ehtiyacı olan insanlar sizi çox vaxt xahişlərlə yayındıracaqlar. Səhər fikir ayrılıqları və mübahisələr mümkündür, amma bütün bunlar tezliklə keçmişdə qalacaq.

Daha sonra yaxşı təsadüflər və xoş sürprizlərin vaxtı gələcək. Sevdiklərinizlə ünsiyyət qurmaq üçün yaxşı zamandır. Fərqli fikirlərdən qorxmadan vacib mövzulardan danışa bilərsiniz. Axşam romantik görüş üçün əlverişlidir. Sevdiyiniz insanla ünsiyyət çox xoş olacaq, müsbət duyğular gətirəcək.

Əkizlər - Bu gün hədəflərinizə çatmaq üçün çox çalışmalı olacaqsınız. Unutmayın: vacib suallara düzgün cavablar heç də həmişə üzdə olmur, bəzən həqiqətin kökünü tapmaq üçün vaxt lazımdır. İşdə uğurlar ilk uğursuzluqdan sonra geri çəkilməyənlər tərəfindən əldə ediləcək. İnadkarlığınız yaxşıca mükafatlandırılacaq.

Gün dostluq görüşləri üçün əlverişlidir. Hobbinizi və maraqlarınızı bölüşən insanlarla yaxşı vaxt keçirəcəksiniz. Sizə çox müsbət emosiyalar bəxş edəcək yeni bir hobinizin yaranması mümkündür.

Xərçəng - Günün əvvəli bir çox vacib məsələlərin həlli üçün əlverişlidir. Çətin tapşırıqları yerinə yetirdikdən sonra özünüzü daha inamlı və azad hiss edəcəksiniz. Gələcək üçün bir plan çıxacaq və bir çox Xərçənglər əvvəllər çox çətin olduğunu düşündükləri məsələlərə münasibətdə də özlərində inam tapacaqlar. Eyni zamanda, istirahət üçün də vaxtınız qalacaq.

Günortadan sonra o qədər də yaxşı alınmayacaq. Emosional fon daha gərgin olacaq, öz hisslərinizi idarə etmək sizin üçün çətin ola bilər. Yaxınlarınız da bəzən sizi səhv başa düşə bilərlər. Ancaq bütün kəskin bucaqları hamarlamağı, qarşıdurmanın qarşısını almağı bacaracaqsınız.

Şir - Bu gün hansısa ciddi bir işdən daha çox istirahət etmək üçün uyğun gələn zamandır. Çox vaxt diqqətinizi cəmləşdirmək, kənar fikirləri başınızdan atmaq çətin olacaq. Bu səbəbdən bəzən səhvlər edəcəksiniz, amma xoşbəxtlikdən onları vaxtında görüb çevik şəkildə düzəldəcəksiniz. Məsləhət almağa dəyər. Bunun üçün vəziyyəti həqiqətən yaxşı başa düşən insanlara müraciət etməkdən çəkinməyin.

Günortadan sonra müxtəlif insanlarla görüşmək üçün yaxşı vaxtdır. Heç vaxt dil tapa bilmədiyiniz insanlarla da ortaq məxrəcə gələ biləcəksiniz. Uzun müddətdir davam edən fikir ayrılıqlarına son qoymaq şansınız olacaq.

Qız - Günün ilk yarısı üçün mürəkkəb işlər və vacib görüşlər planlaşdırmayın. Düşüncələrinizi toparlamaq çətin ola bilər və diqqətsizlik üzündən səhvlər etməyiniz mümkündür. Bundan əlavə, başqalarını tez-tez səhv başa düşəcəksiniz və bu uzun, mənasız mübahisələrə səbəb ola bilər. Bəzən bir az gözləmək daha yaxşıdır.

Günortadan sonra tamamilə fərqli olacaq: uğurlu və asan. Xoş tanışlıqlar gözlənilir. Onlardan biri romantik rəng ala bilər.

Tərəzi - Günün əvvəlində qərar qəbul etməyə tələsməsəniz, yaxşıdır. Hər şey göründüyü qədər də sadə və birmənalı deyil. Bəzi Tərəzilər bəyənmədikləri işləri görməyə məcbur ola bilərlər. Ancaq əhval-ruhiyyəniz pis olsa da, mümkün qədər diqqətli olmağa çalışın – bunun sayəsində tez bir zamanda istədiyiniz nəticəni əldə edcəksiniz.

Günün ikinci yarısı birincisindən yaxşı olacaq. Köhnə tanışlarla ünsiyyət qurmaq üçün əlverişli zamandır. Bu saatlarda yalnız xoş sözlər deyil, faydalı məsləhətlər də eşidəcəksiniz. Çox çəkinmədən razılaşa biləcəyiniz maraqlı təkliflər istisna deyil.

Əqrəb - Çətin ki, bu gün həyatdan şikayətlənmək üçün ciddi səbəbləriniz olsun. Tamamilə əksinə: ulduzlar bir çox cəhdlərinizi dəstəkləməyə, cəsarətli və mürəkkəb planların həyata keçirilməsində kömək etməyə hazırdır. İnsanlarla yaxşı münasibət quracaqsınız. Köməyə ehtiyacınız varsa, tanışlarınız ümumiyyətlə, bundan imtina etməyəcəklər; hər kəsə təşəkkür etmək üçün bir yol tapacaqsınız.

Ətraf mühiti dəyişdirmək, maraqlı yerləri ziyarət etmək, bir çox yeni məlumatlar öyrənmək fürsətiniz olacaq. Günün ikinci yarısı xoş sürprizlər və xoş təsadüflərin vaxtıdır. Sevən Əqrəblərin sevinməsi üçün bir çox səbəbləri olacaq.

Oxatan - Gələcəyi düşünmək və planlar qurmaq üçün əlverişli, sakit və uğurlu gündür. Heç bir şey diqqətinizdən kənarda qalmayacaq, gücünüzü düzgün qiymətləndirəcəksiniz, şərait necə inkişaf etsə də, sakit qalacaqsınız. Düzgün qərarlar verməyi bacaracaqsınız.

Başqaları ilə ünsiyyət qurmaq həmişə asan deyil, amma əlaqə qurmaqdan çəkinənlərə belə bir yanaşma tapa bilərsiniz. Bir çox Oxatanlara həyat təcrübəsi kömək edəcək. Bunun sayəsində enerjinizi boşuna etməyəcək və xırda məsələlərdən narahat olmayacaqsınız.

Oğlaq - Bu gün üçün nə planlaşdırsanız da, unutmayın: şansa, ulduzların dəstəyinə və ya başqasının köməyinə deyil, özünüzə etibar etmək və güvənmək daha yaxşıdır. İnad etsəniz, məqsədinizə dərhal olmasa da, çatacaqsınız. Başqaları ilə münasibət qurmaq asan olmayacaq. Çoxdan tanış olan insanlar belə bəzən sizi səhv başa düşəcək, heç nədən inciyə və ya şübhələnə bilər. Axşama qədər hər şey düzələcək, harmoniya bərpa olunacaq.

Məlumat öyrənmək, toplamaq və təhlil etmək üçün yaxşı gündür. Çox şeyi başa düşməyi, faktları müqayisə etməyi və düzgün nəticələr çıxarmağı bacaracaqsınız.

Dolça - İntuisiyanızı dinləsəniz və çətin vəziyyətdə azmasanız, gün yaxşı nəticələnəcək. Başqaları hərəkətlərinizi dərhal bəyənməyəcəklər, amma bir az sonra məqsədə çatmaq üçün yeganə doğru yolu seçdiyinizi etiraf edəcəklər.

Vəziyyətin əlverişli olması işdə əhəmiyyətli bir irəliləyişə, uğur qazanmağa imkan verəcək. Köhnə işgüzar əlaqələri bərpa etmək imkanınız olacaq. Uzunmüddətli tərəfdaşlar maraqlı bir təklif verəcəklər. Yaxşı xəbərlər və ya dəvətlər də ala bilərsiniz.

Balıq - Ciddi itkilər və böyük problemlərin olması ehtimalı azdır. Bəzi çətinliklər mümkündür, ancaq bunların öhdəsindən gələ bilərsiniz. İnadkarlıq lazımdır. Çətinə düşəndə geri çəkilməyin. Bir neçə cəhddən sonra mütləq uğur qazanacaqsınız.

Dostlar həvəslə kömək edəcəklər, onların sayəsində uğursuzluq anlarında da yaxşı əhval-ruhiyyənizi saxlaya bilirsiniz. Ailə üzvləri ilə münasibətləriniz ahəngdar olacaq; yaxınlarınızla ümumi planları müzakirə edə bilərsiniz. Romantik görüş də məyus etməyəcək. Sevdiyin adam sizi məmnun etmək üçün bir yol tapacaq.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »